2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Şaxta olacaq, yollar buzlayacaq – Sabaha olan HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi yerlərdə qar yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 1-4° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütünu təşkil edəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.
Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button