2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Seçki ilə bağlı şikayətlərə baxılması qaydası açıqlanıb

Azərbaycanda seçki ilə bağlı şikayətlərə baxılması qaydası açıqlanıb

Toplum TV xəbər verir ki, bunu yanvarın 7-də Ali Məhkəmənin sədri İnam Kərimov seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, şikayət hüququnun reallaşdırılması iki imkanı nəzərdə tutur – inzibati şikayət və məhkəməyə şikayət verilməsi.

Saytların yığılması Saytlarin yigilmasi

“Dairə seçki komissiyasının qərarından ilk öncə Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Başqa sözlə, şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, məhkəməyə şikayət edilə bilər. Maraqlı şəxslər mübahisələndirilən qərarın dərc edildiyi və ya alındığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər”, – İnam Kərimov açıqlamasında vurğulayıb. 

Bu gün öz növbəsində Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar Prezident seçkilərinə qatılan bütün tərəflərə bərabər şərait yaradıldığını bildirib.

Azərbaycanda növbədənkənar Prezident seçkiləri bu il fevralın 7-də keçiriləcək. İndiyədək MSK üç nəfərin – İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliklərini qeydə alıb.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button