2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Seçkiləri izləmək üçün qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb

Prezident seçkilərini izləmək üçün 64 minə yaxın müşahidəçi qeydiyyatdan keçib.

Toplum TV xəbər verir ki, bu barədə yanvarın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuata açıqlamasında deyib.

Məzahir Pənahov həmçinin qeyd edib ki, seçkilərlə əlaqədar Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin çapına başlanılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Seçki bülletenləri çap olunduqca qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək.

MSK sədri eləcə də bildirib ki, seçki prosesində xəstələrin və qocaların səs vermələrini təmin etmək üçün mobil səsvermə qutuları təşkil olunacaq.

O həmçinin məlumat verib ki, əlilliyi olan seçicilərin rahat şəkildə seçki prosesində iştirak etmələri üçün seçki məntəqələrində pandusların quraşdırılmasına da başlanılıb.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri fevralın 7-də keçiriləcək. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button