2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Seçkiləri müşahidə etməyə gələn avropalı deputatın ölkəyə buraxılmadığı bildirilir

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün Azərbaycana gələn İsveçrə parlamentinin üzvü Nik Quqqerin ölkəyə buraxılmadığı bildirilir.

Toplum TV xəbər verir ki, bu barədə fevralın 5-də Azərbaycan hökumətinə yaxın teleqram kanalları məlumat yayıb.

Bildirilir ki, polis deputatı hava limanında yoxladıqdan sonra İstanbul reysi ilə geri göndərib.

Saytların yığılması Saytlarin yigilmasi

Nik Quqqerin bir müddət əvvəl Avropa Şurası Parlament Assambleyasında (AŞPA)  Azərbaycan əleyhinə çıxış etdiyi və Qarabağ məsələsinə görə Ermənistana dəstək verdiyi iddia olunub.

Qeyd edək ki, ötən ay AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi barədə qərar çıxarıb. 

Bundan sonra Prezident İlham Əliyev Azərbaycan nümayəndə heyətinin etimadnaməsi bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacağını bəyan edib.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button