2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Senat respublikaçıları Baydenin qələbəsini qəbul etməməkdə ittiham olunurlar


ABŞ Senatında ən vəzifəli demokrat respublikaçı həmkarlarını Co Baydenin seçki qələbəsini qəbul etməməklə ölkə demokratiyasını “zəhərləməkdə” ittiham edib.

Senatda demokart azlığın lideri Çak Şumer noyabrın 12-də deyib ki, onun respublikaçı həmkarları prezident Donald Trampın tənbehlərindən çəkinərək bilərəkdən seçki nəticələrinə “şübhə kölgəsi salırlar”.

O deyib ki, Senatdakı respublikaçılara bircə mesajı var: “Seçki qurtarıb. Prezident Tramp uduzub”.

Saytların yığılması Saytlarin yigilmasi

İndiyədək yalnız dörd respublikaçı senator – Alyaska ştatından Liza Murkovski, Mitt Romni, nebraskalı Ben Sass və Syuzan Kollinz Baydeni təbrik ediblər.

Az sayda bəzi başqa senatorlar işarə ediblər ki, hakimiyyətin Baydenə ötürülməsi vaxtı çatıb.

 

Roma papası Baydenə xeyir-dua verib

Şumerin bəyanatından az əvvəl məlum olmuşdu ki, Roma papası da Baydeni seçki qələbəsi münasibətilə təbrik edib.

Papa Frensis telefon vasitəsilə Co Baydenə “təbrik və xeyir-duasını” yetirib.

Bayden noyabrın 11-də bəyan etmişdi ki, çoxdan bəri onun köməkçisi olmuş Ron Klaynı Ağ Ev administrasiyasının rəhbəri vəzifəsinə təyin edib.

Baydenin yaxın günlərdə administrasiyasının başqa rəsmilərini də bəyan edəcəyi gözlənilir.

Nümayəndələr Palatasının demokrat spikeri Nensi Pelosi noyabrın 12-də bəyan edib ki, hakimiyyətin Baydenə ötürüləcəyinə əmindir.

Bayden bundan əvvəl Trampın seçki nəticələrini şübhə altına almasını rədd edib.

 

Tramp mübarizəni davam etdirir

O prezident seçilmək üçün lazım olan 270 seçki kollegiyası səsindən artıq səs toplayıb.

Tramp seçki nəticələrinin çox yaxın olduğu ştatlarda səslərin yenidən sayılması üçün hüquqi müstəvidə mübarizə aparır.

Media qurumlarının əksəriyyətinin məlumatına görə Bayden 279 seçki kollegiyası səsinə sahib olub.

Bəzi media qurumları isə onun habelə Arizonadakı 11 səsi qazandığını bildirir.

Tramp prezident olaraq qalmaq üçün Arizona və Corciya ştatlarında qalib olmalı idi.

Arizona ştatının dövlət katibi Keyti Hobbs deyib ki, nəticələr arasındakı fərq səslərin təkrar sayılmasına əsas vermir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button