2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Sevgilim pul ödəməmək üçün anamı öldürüb” – “Qızıl Məryəm”in qızı

Bakı Ağır Cinayətlər Məhkəməsində “Jewellery” zinət əşyaları mağazasının sahibi, “Qızıl Məryəm” kimi tanınan Məryam Namet-zadə qətli ilə bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Günel Hüseynovanın sevgilisi olmuş Asim Məmmədov ifadə verib.

Lent.az yazır ki, şahid Günel Hüseynova ilə münasibətindən danışıb. “Günelin vasitəsi ilə onun anası Məryəm Nemətzadəni tanıdım Öyrəndim ki, Günelin anası “Moskva” univermağında qızıl alveri ilə məşğul olur. Mən də ondan qızıl götürmüşəm. Bütün qızılların pulunu ödəmişəm. Onun ölümündən sonradan xəbər tutdum”. Təqsirləndirilən Günel Hüseynova isə cinayətin törədilməsini Asim Məmmədov təşkil etdiyini deyib: “Asimlə olan münasibətimdən anamın xəbəri olub və mənim vasitəmlə anam onunla tanış olub. Asim də anamın “Moskva” univermağında qızıl alveri ilə məşğul olduğunu bilib. O, anamdan xeyli miqdarda qızıl götürüb. Amma qızılların pulunu ödəməyib. Buna görə də anamla Asim arasında tez-tez mübahisə yaranıb. Mübahisələri olsa da, Asim qızılların pulunu ödəməyib. Asim qızılların pulunu ödəməkdən yayınmaq üçün anamı qətlə yetirib”.

Asim Məmmədov Günel Hüseynovanın yalan danışdığını, bu qətldən ümumiyyətlə xəbəri olmadığını deyib. Proses oktyabrın 24-də davam edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Təqsirləndirilənlərdən biri Məryam Nemət-zadənin öz qızı 1988-ci il təvəllüdlü Günel Hüseynova, bacısı oğlu 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərovdur.

Hadisə bu ilin yanvar ayında baş verib. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun rəsmi məlumatına görə, Nəsimi rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstünün “isti izlər”lə açılıb. Belə ki, yanvarın 5-də saat 09:00 radələrində 1965-ci il təvəllüdlü Namet-zadən Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı 1988-ci il təvəllüdlü G.Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü N.Eyvazov və 1997-ci il təvəllüdlü C.Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button