2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Sevinc Vaqifqızı və Ülvi Həsənli Kürdəxanıdakı istintaq təcridxanasına köçürülüb

Vəkillər qərardan apelyasiya şikayəti verəcəklərini deyirlər

“AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) noyabrın 22-də Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Onların vəkilləri Meydan TV-yə bildirib ki, hər ikisinin haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilməsinə dair Xətai Rayon Məhkəməsində çıxarılmış qərardan noyabrın 23-də apelyasiya şikayəti verəcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

Bir sıra beynəlxalq təşkilatlar Ülvi Həsənli və Sevinc Vaqifqızının həbsini pisləyib.

Norveç Helsinki Komitəsi “X” sosial şəbəkəsində yaydığı açıqlamada Ülvi Həsənli və Sevinc Vaqifqızının həbsini pisləməklə yanaşı, həm də Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqə son qoymağa çağırıb.

Bundan əvvəl Jurnalistləri Müdafiə Komitəsi (CPJ) də Azərbaycan hakimiyyətinə eyni çağırışı edib.

“Ülvi Həsənli və Sevinc Vaqifqızı haqqında həbs qətimkan tədbiri hakimiyyətin azad mediaya basqısının nümunəsidir. Məqsəd “AbzasMedia”-nın cəsarətli anti-korrupsiya xəbərlərini susdurmaqdır”, – CPJ təmsilçisi Cipsi Güllen Kayzer bildirib.

Ülvi Həsənli noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb.

Sevinc Vaqifqızı noyabrın 21-nə keçən gecə saat 2 radələrində ölkəyə qayıdarkən Bakıdakı hava limanında təyyarə yerə enən kimi saxlanılıb.

Noyabrın 20-də “Abzas Media”nın ofisində və Ülvi Həsənlinin evində, Sevinc Vaqifqızı saxlandıqdan dərhal sonra isə gecə saat 3 radələrində onun yaşadığı mənzildə axtarış aparılıb.

Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Həm Ülvi Həsənli, həm də Sevinc Vaqifqızına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Onlar bu ittihamın absurd olduğunu, “Abzas Media”nın fəaliyyətinə, konkret olaraq, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildiriblər. Bu maddədə 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button