2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Sığortanız olsa da, cərimələnə bilərsiz – VİDEO

Noyabrın 1- dən etibarən avtomobillərin icbari sığortası yalnız onlayn formada bağlanır. “Yol hərəkəti haqqında” qanunun 37 -ci maddəsinədə isə deyilir ki, sürücü yol polisinə sığorta şəhadətnaməsini kağız formada təqdim etməlidir.

Bu ziddiyət sürücülərin cərimələnməsinə səbəb ola bilər. Hazırda yol polisləri, avtomobillərin sığorta olunub-olunmadığını bortkompüterdə görə bilmədiyindən kağız şəhadətnaməsi olmayan sürücülər 50 manat cərimə oluna bilər.

Amma həmin formada adi kağızda olduqu üçün kompüterdən istifadə etməyi bacaranlar onun saxtasını asanlıqla düzəldə bilər. Əgər yol polisi bu haldan şüphələnərsə və yaxud sürücü ümumiyyətlə kağız formada sənədi yoxdursa bu halda da cərimələnə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Kamran Əliyev bildirir ki, icbari sığorta bürosu sisteminin yol polisinin sisteminə inteqrasiya edilməsi üçün hazırlıqlar gedir və qısa zamanda bu proses həyata keçiriləcək. Bundan sonra isə sürücülərin kağız formada şəhadətnamə gəzdirməsinə ehtiyyac qalmayacaq. Bu zaman avtomobilini sığorta etdirməyən sürücülər elektron avadanlıqlar vasitəsi ilə müəyyən edilərək cərimələncək.

Sığorta olmadan avtomobili idarə etməyin cəriməsi isə 50 manatdır , bununla bağlı pratakol isə 20 gündən bir tətbiq edilə bilər.

xezerxeber.com

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button