2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Silahlı qüvvələrin bütün heyəti toplanır

Azərbaycan Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə üçgünlük toplantı keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Müdafiə nazirinin müavinlərinin, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanlarının, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin, birlik və birləşmə komandirlərinin, qərargah rəislərinin və digər məsul zabitlərin iştirakı ilə keçirilən toplantıda müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edib.

Saytların yığılması Saytlarin yigilmasi

Nazir Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin fəaliyyətinə verdiyi yüksək qiyməti və ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdırıb, aparılan fəaliyyətlər və əsas istiqamətlər üzrə yerinə yetirilən vəzifələri bir daha xüsusi vurğulayıb.

Toplantıya qatılan heyət təlim mərkəzində və çöl-səhra şəraitində təşkil olunan hazırlıq məntəqələri və nöqtələrində nəzəri və praktiki məşqlərdə iştirak edir.

İştirakçılardan ümümqoşun nizamnamələri, rəhbəredici və digər normativ sənədlərlə bağlı biliklər üzrə məqbullar qəbul edilib, şəxsi heyətin fiziki hazırlığının səviyyəsi yoxlanılıb.

Silahlı Qüvvələrin rəhbər heyətinin döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılması məqsədilə silahlanmada olan zirehli texnikanın ştat silahından və atıcı silahlardan atışlar icra olunur, generallar və zabitlər müxtəlif növ tırtıllı və təkərli döyüş maşınlarının, avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqları yerinə yetirirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button