2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Siyasi məhbuslar haqqında hesabat Azərbaycan hakimiyyətinə ciddi siqnaldır”

AŞPA sessiyasında Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamənin qəbul edilməsi rəsmi Bakıya siyasi həbsləri dayandırması, siyasi məhbusları azad etməsi və Avropa Şurası qarşısında öhdəliklərinə əməl etməsi üçün siqnaldır. Bu barədə hesabatın müəllifi, islandiyalı deputat Torhildur Sunna Evarsdottir məlumat verib.

“AŞPA açıq və birmənalı şəkildə bəyan edib ki, təşkilat üzvü olan ölkədə siyasi məhbusların olmasını məqbul hesab etmir”, – o qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əlavə, Bakı Avropa İnsan Hüquqları Məhkəməsinin uzun müddətdir məhəl qoymadığı qərarlarına əməl etməlidir.

“Bundan sonra biz Azərbaycan hakimiyyətinin hərəkətlərini izləyəcəyik və mən hakimiyyətin hərəkətləri barədə AŞPA-ya hesabat verəcəyəm”, – o deyib və əlavə edib ki, qarşıdakı parlament seçkiləri zamanı Bakıya gələ bilər.

Məruzəçi qeyri-obyektiv və Azərbaycana mənfi münasibətinin olması barədə Bakının mövqeyini qəbul etməyib: “Hesabatda əks olunanların hamısı real faktlardır və bunları yoxlamaq çətin deyil”. 

Contact.az

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button