2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Siyasi şərhçi: “”Hizbullah” müharibəyə qoşulsa, ABŞ ona ciddi zərbə vuracaq”

Əziz Rzazadə deyir ki, “Hizbullah”ın müharibəyə açıq qoşulması proseslərin gedişindən asılı olacaq

Hamı “Hizbullah”ın İsrailə açıq savaş elan edəcəyini gözləyirdi, amma bu, baş vermədi. Həsən Nəsrullah HƏMAS-ın əməliyyatından xəbərsiz olduğunu dedi”.

“Hizbullah” lideri Həsən Nəsrullahın noyabrın 3-də verdiyi açıqlamanı Meydan TV-yə şərh edən iranşünas-yazar Əziz Rzazadə belə deyir.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, bütün dünya bu çıxışı intizarla gözləyirdi:

Bu çıxışdan sonra sosial mediadakı şərhləri analiz edəndə ortada müəyyən məyusluğun olduğu üzə çıxır”.

“Hizbullah” lideri Həsən Nəsrullahın çıxışı dünyanın da müzakirə mövzusuna çevrilib.

Əksər analitiklər Həsən Nəsrullahdan İsrailə savaş elan edəcəyini gözləsələr də, o bunu rəsmən açıqlamayıb.

Amma oktyabrın 8-dən müharibədə iştirak etdiklərini qeyd edib.

Nəsrullah deyib ki, məxfi hazırlanan “Əl-Əqsa – Tufanı əməliyyatı”nın qərarı və icrası 100 faiz Fələstinə aid olub:

“Bu məxfiliyi qorumaq üçün hətta Fələstindəki digər qruplaşmalardan da gizlədilib. Bizim də bundan xəbərimiz yox idi”.

Həsən Nəsrullah. Foto: mohammad kassir/shutterstock

Həsən Nəsrullah çıxşında İranı da müdafiə edib:

“İran lap əvvəldən müqavimət qruplarına dəstək verib, lakin heç vaxt onlardan bir şey istəməyib və təşviq etməyib”.

Əziz Rzazadə deyir ki, əslində, Həsən Nəsrullah dolayısı ilə müharibədə olduqlarını etiraf edib:

O dedi ki, “Əl-Əqsa – Tufanı əməliyyatı” 100 faiz fələstinlilərin öz təşəbbüsüdür. “Hizbullah”ın İsraillə açıq müharibəyə girməsi intizarında olanlara da müraciətlə qeyd etdi ki, onsuz da müharibənin içindəyik. Həqiqətən, oktyabrın 8-dən etibarən İsrail-Livan sərhədboyu ərazidə toqquşmalar gedir. Nəhayət, Həsən Nəsrullah açıq müharibə ehtimalının proseslərin sonrakı inkişafından asılı olacağını əlavə etdi”.

Onun sözlərinə görə, “Hizbullah” liderinin yaxın vaxtlarda növbəti çıxışı gözlənilir, indi bir çoxları ümidini həmin çıxışa bağlayıb:

“Lakin fakt budur ki, Qəzzanın müəyyən hissəsi artıq İsrail ordusunun nəzarətindədir. Əməliyyatın sonrakı gedişində HƏMAS-ın müqavimət gücü zəifləyəcəksə, “Hizbullah”ın İsraillə açıq müharibəyə girməsi ehtimalı yüksəkdir. Doğrudur, bu barədə müxtəlif rəylər var, o cümlədən israilli iranşünas Raz Zimmtin. “Mən virtual olaraq İranda yaşayıram”, – deyən Zimmt də Tehran və onun “müqavimət oxu”nun “Əl-Əqsa-Tufanı” əməliyyatından xəbərsiz olmadığını və İran və “müqavimət oxu”nun açıq toqquşmadan çəkindiyini vurğulayır. Bu rəydə onunla ikiəlli razıyam. Çünki bu günə qədər antaqonist düşmənçilik aparan İran və İsrail tərəzinin özlərinə aid hissələrinə daşlarını qoyurdu”.

Əziz Rzazadə. Foto: “Reytinq”

İran “müqavimət oxu” adıyla Qəzzada HƏMAS, Livanda “Hizbullah” İsrailin ətrafında çənbər yaradır. İsrail İranla qonşu dövlətlərlə siyasi-diplomatik əlaqələr yaradır, onlara öz istehsalı olan silah-sursat satırdı. Oktyabrın 7-də “Əl-Əqsa – Tufanı” əməliyyatı ilə HƏMAS bu bərabərliyi pozdu. Bu əməliyyat və onun 5 ay əvvəl keçirilmiş təlimi İsrailin təhlükəsizlik sisteminin kövrəkliyini üzə çıxarmaqla bərabər, “müqavimət oxu”na daxil olan “proxy” qrupların Tehrandan kənar güclərdən sifariş ala bilməsi ehtimalını doğurdu. Buna görə də hazırda “Əl-Əqsa – Tufanı”nın arxasında Rusiya və ya Çinin durması ehtimalı nəzərdən qaçırılmamalıdır”, – deyə Rzazadə qeyd edib.

Ümumən “Əl-Əqsa – Tufanı” əməliyyatı zaman baxımından “müqavimət oxu” üçün arzuolunan deyil. Çünki ən pis ssenaridə, İsrail əməliyyatın uzunmmüddətli ola biləcəyini açıqlasa da, Qəzza zolağı tam işğal oluna və HƏMAS hərbi-siyasi struktur kimi məhv ola bilər. Nəticədə, İsrailin cənubu artıq təhlükəsiz zonaya çevriləcək, yəni çəmbər yarılacaq. Bundan sonra indiyə qədər şimaldan İsraili təhdid edən “Hizbullah” təklənəcək. İsrail hərbi elitası isə niyyətini gizlətmir. O, “Hizbullah”ı sərhəddən 30 km geri atmaq istəyini artıq açıqlayıb”, – deyə Rzazadə əlavə edib.

Onun fikrincə, İran da genişmiqyaslı müharibəni istəmədiyini açıq şəkildə bildirməklə yanaşı, strateji hədəflərini nəzərə alaraq, belə bir itkiylə barışa bilməz:

“HƏMAS-ın məhvi “Hizbullah”ı növbəti hədəfə çevirir. Müharibənin İsrail-Livan sərhədinə sıçraması artıq bütün bölgənin alova bürünməsi ehtimalını gücləndirir. Bu halda təkcə Livan yox, Suriya ərazisi də döyüş meydanına çevriləcək. İndiyədək Colan təpələri ətrafında israilliləri və İranın “proxy” qüvvələrini Rusiya hərbi kontingenti ayırırdı. Amma “Hizbullah”ın qoşulması halında İraq və Suriyadakı qüvvələr Rusiya səddini aşa bilər. Bəlkə də, Rusiya özü buna imkan yaradacaq. Axı Putinin özü dedi ki, Qəzzada baş verənləri gördükdə barmaqlar istər-istəməz yumruqda düyünlənir. İsrailə “yumruq” zərbəsi isə onun karına gələ bilər. Çünki həmin halda fikri, düşüncəsi Ukraynadan ayrılan Qərb diqqəti bütünlüklə İsrailin xilasına yönəldəcək”.

Politoloq Zərdüşt Əlizadə Həsən Nəsrullahın dünənki çıxışının müharibənin sərhədlərini aşmasına təsir göstərəcəyinə inanmır:

Sadəcə, Nəsrullah İsrailə xəbərdarlıq etdi ki, Livana hücumu genişləndirməsinlər”.

Onun fikrincə, “Hizbullah” öz quru qoşunları və nəhəng raket potensialı ilə savaşa qarışsa, İsrailə ağır ziyanlar vura bilər:

“Amma nəzərə alın ki, ABŞ-ın iki aviadaşıyıcısı və 10-15 hərbi gəmisi “Hizbullah”a zərbələr endirsə, ikinci aciz duruma düşəcək”.

Zərdüşt ƏlizadəZərdüşt Əlizadə
Zərdüşt Əlizadə. Foto: arxiv

Əlizadənin sözlərinə görə, indiki durumda Livan normal idarə olunmur, xarabazara çevrilib:

“Livanda yeganə mütəşəkkil qüvvə elə “Hizbullah”dır. Əgər hərbi cəhətdən onu məhv etsələr, Livanda heç bir qüvvə qalmayacaq, əhali də ondan üz döndərəcək. Ona görə heç kim zəmanət verə bilməz ki, “Hizbullah” İsrailə hücum etsə, qəti qələbə qazanacaq. Bəli, böyük ziyan vura bilər, amma bu, qəti qələbəyə aparmayacaq. Həsən Nəsrullahın oktyabrın 8-dən savaşın içində olması açıqlaması sərhəddəki atışmalarla bağlıdır. Yəni hansısa həddi keçib total müharibə səviyyəsinə başlamırlar”.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button