2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Siyasi şərhçi: “Paşinyanın Azərbaycanın ərazi bötüvlüyünü tanıması pozitivdir, amma…”

Mirqədirov düşünür ki, bu bəyanat münaqişənin həlli demək deyil

“Ermənistanın Baş naziri Nikol Paşinyanın mayın 17-də Avropa Şurasının Reykyavikdə keçirilən sammitində Azərbaycanın ərazi bötüvlüyünü tanıması bəyanatı pozitivdir. Ancaq bu, Dağlıq Qarabağ problemini həll etmir”.

Bunu siyasi şərhçi Rauf Mirqədirov Nikol Paşinyanın çıxışını Meydan TV-yə şərh edərkən deyib.

Saytların yığılması Saytlarin yigilmasi

N.Paşinyan bildirib ki, Ermənistan Azərbaycanın 86 min 600 kvadratmetr çərçivəsində ərazi bütövlüyünü tanıyır:

Azərbaycan da Ermənistanın 29 800 kvadratmetrlik ərazi bütövlüyünü tanıdığını bəyan edib”.

Onun sözlərinə görə, uzun illər ərzində Qarabağ münaqişəsinin mövcudluğu Ermənistanda demokratiyanın olmaması üçün bəhanə olub:

“2018-ci ildə məxməri inqilabımız demokratik inkişaf üçün şərait yaratdı. Lakin 2020-ci ilin sentyabrında Azərbaycan Dağlıq Qarabağa hücum etdi və Ermənistan müharibəyə cəlb edildi. 2020-ci il noyabrın 9-da mən üçtərəfli bəyanat imzaladım və bu, Ermənistanda dövlət qurumlarına hücumlara səbəb oldu, lakin biz demokratik nizamı qoruya bildik”.

Moskva hər iki ölkəyə separatçılar vasitəsilə təsir imkanlarını saxlayır”

Mirqədirov isə hesab edir ki, əslində, Paşinyanın həmin çıxışı münaqişənin dövlətlərarası müstəvidən tam daxili müstəviyə keçirilməsi deməkdir:

Bu halda Bakı bölgədə suveren hüquqlarını hansısa vasitələrlə bərpa etməlidir? Azərbaycan nə vaxtsa dinc, yaxud lokal hərbi əməliyyatlar vasitəsilə separatçıları zərərsizləşdirməli olacaq. Əlbəttə, mən dinc vasitələrə üstünlük verərdim. Bunun həlli çox ağır olacaq. Çünki nə qədər ki Rusiya sülhməramlıları Dağlıq Qarabağdadır, Moskva hər iki ölkəyə separatçılar vasitəsilə təsir imkanlarını saxlayır”.

Bununla belə, Rauf Mirqədirov Nikol Paşinyanın son çıxışını Ermənistan tərəfdən yeni yanaşma hesab etmir:

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

Oxşar mövqedən sabiq prezident Ter-Petrosyan da çıxış etmişdi. Amma Petrosyan deyirdi ki, bu konflikt Azərbaycanla Ermənistan arasında yox, Azərbaycanla Dağlıq Qarabağ arasındadır və Bakı məsələni Xankəndiylə həll etməlidir. Sadəcə, 90-cı illərdə Ermənistan hərbi əməliyyatlarda iştirakını gizlədə bilmirdi. Həm də Petrosyan Ermənistan parlamentinin sədri olanda imzaladığı müstəqillik aktının preambulasında Dağlıq Qarabağın birləşdirilməsi yer almışdı. Bax, iki məsələ vardı: həm hərbi əmıliyyatlarda iştirak edirdilər, həm də məlum sənəd Petrosyanın riyakarlığını göstərirdi”.

Paşinyanın çıxışında pozitiv məqam odur ki, Ermənistan ilk dəfə Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu, çox vacibdir. Əvvəl fərqliydi, deyirdilər ki, Qarabağ ermənilərinin müstəqillik və birləşmə tələblərini dəstəkləyirlər. Bu, artıq ərazi bütövlüyünün tanınmamasıdır”, – siyasi şərhçi qeyd edib.

“...Tələblər Moskvadan gəlirdi”

Onun sözlərinə görə, Qarabağ ermənilərinin müstəqillik və Ermənistana birləşmə tələbləri Moskvadan gəlirdi:

“Xatırlayırsızsa, tərəflər Praqada Alma-Ata bəyannaməsini dəstəkləyəndə Moskva qıcıqlanmışdı. Lavrov da çox kəskin reaksiya verdi. Çünki Moskva sülh sazişində Dağlıq Qarabağın statusunun gələcəyə saxlanılmasını istəyirdi və bu, Azərbaycanın ərazi bütövlüyünü müəyyən qədər şübhə altına alırdı. Ona görə Moskvanın qıcıqlanması təbii idi. Kreml Dağlıq Qarabağ separatçılarını hər iki dövlətə təzyiq vasitəsi kimi istifadə edir”.

Sergey Lavrov, Alexandros Michailidis/shutterstock

Paşinyana daxildən və şimaldan təzyiq artacaq, amma yetərli olmayacaq”

Siyasi şərhçi sülh mesajlarının Ermənistandakı “müharibə partiyası”nın tərəfdarlarını hərəkətə gətirəcəyinə inanmır:

Əslində, Paşinyanın hakimiyyətə gəlməsinin səbəblərindən biri Köçəryanla Sarkisyanın tərəfdarlarının ortaq məxrəcə gələ bilməməsi oldu. Halbuki hər ikisi Moskvaya bağlıydı. Düzdür, onların bundan sonra da birləşməsi təbii olacaq, ancaq indiki anda əhəmiyyətli dərəcədə vəziyyəti dəyişə biləcəkmi, bu, bir qədər şübhəlidir. Bunun da əsas səbəbi onların himayədarı Kremlin Cənubi Qafqazda zəifləməsidir. Buna baxmayaraq, Rusiya Ermənistana təzyiqi artırmaqda davam edəcək. Lavrovun bir neçə gün öncə KTMT-nin sərhəd missiyası ilə bağlı açıqlamasını xatırlayın. Deyir ki, sənəd hazır idi, amma Yerevan imzalamadı”.

O, Paşinyana daxildən və şimaldan təzyiqin artacağını, ancaq cəmiyyətin onlara reaksiyasının yetərli olmayacağını düşünür:

Çünki Ermənistan cəmiyyəti rəngarəngdir və ictimai fikrə təzyiq edəcək seqmentlər daha fərqlidir. Artıq Ermənistanda “müharibə partiyası”nın nüfuzu və onun hadisələrə təzyiq imkanları azalır”.

Bəs Əliyev nə deyir?

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Salyan rayonunda Az.Tv-yə müsahibəsində bildirib ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərini təkrar etməlidir:

Çünki əgər “A” deyibsə “B” də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır. Hesab edirəm ki, işin gedişatı bunu göstərir, çünki başqa yol da yoxdur. Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir”.

Foto: president.az

Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır. Bu gün bizim hərəkətlərimiz onu göstərir və niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun”, – deyə Əliyev qeyd edib.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button