2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Siyavuş Novruzov: “Özləri vaxtilə büdcəyə süpürgə çəkiblər…”

”Atılan addımlar kiminsə yürüş-piket keçirilməsinin nəticəsi deyil”

Özləri vaxtilə hakimiyyətdə büdcəyə süpürgə çəkiblər ki, indi də o düşüncə ilə yaşayırlar. Amma bu gün dövlət büdcəsi xalqın rifahına, sərəncamlar həm dövlət, həm də özəl sektorda çalışanların rifah halının yüksəlməsinə xidmət edir”.  Milli Məclisin iclasında çıxış edən deputat Siyavuş Novruzov belə deyib. O bildirib ki, bəzi insanlar ölkə başçısı tərfindən həyata keçirilən addımları öz adlarına çıxır, maaş-pensiya məbləğlərinin artırılması və digər sosialyönümlü addımların onların keçirdiyi mitinqlərə görə olduğunu deyirlər:

“Prezident seçildiyi gündən islahatların keçirildiyini bəyan edib və ayrı- ayrı sahələrdə insanların təminatı ilə bağlı proqramlar hazırlanıb. Lakin bəziləri ucuz düşüncəli tərzdə insanları aldatmaq, ölkə başçısının atdığı addımları özlərinə çıxmaq istəyirlər. Bu, onların naşılığıdır. Onlar mitinqi yanvarın 19-da keçiriblər. İndi iddia edirlər ki, prezidentin xalqın rifahına hədəflənmiş addımlarını guya onların təzyiqləri altında olub. Əslində isə maaşlar və əmək pensiyalarının artırılması göydəndüşmə olmur. Biz bu məsələni ötən ilin noyabrında dövlət büdcəsinin müzakirəsi zamanı qeyd etmişdik. O artımlar büdcədə nəzərdə tutulub. Yəni biz onların mitinqindən iki ay əvvəl bu qərarları vermişik. Amma bu şəxslər dövlətdəki sabitliyi pozmaq, insanları yoldan çıxartmaq, özlərinə tərəfdaş toplamaq üçün ölkə başçısının hər addımını öz adlarına çıxırlar. Bütün addımlar cənab Prezident tərəfindən təsdiqlənən 5-7 illik proqramların nəticəsidir”.

Siyavuş Novruzov əlavə edib ki, ölkədə emal müəssisələri açılır, çox böyük proqramlar, vergidə gömrükdə islahatlar həyata keçirilir, vətəndaşlar da bu addımları müsbət qarşılayır:

“Bu addımlar kiminsə yürüş-piket keçirilməsinin nəticəsi deyil. Həmin şəxslər əksinə, bu layihələrin həyata keçirilməsini istəmirlər. Həm ölkə daxilində, həm də xaricdə yaşayanlar məkrli niyyətləri ilə özlərini tarixin arxivinə göndərəcəklər”.

Saytların yığılması Saytlarin yigilmasi

Parlamentin ötən iclasında da Siyavuş Novruzov, Qüdrət Həsənquliyev eyniməzmunlu çıxışlar etmişdi. Buna səbəb yanvarın əvvəlində ictimai fəalların başlatdığı aclıq aksiyası, ardınca müxalif partiyaların yanvarın 19-da keçirdiyi mitinqdən sonra İlham Əliyevin atdığı addımlarla bağlı cəmiyyətdə formalaşan fikirlərdir. Məhz həmin aksiyalardan sonra İlham Əliyev aylarla aksiya keçirən şəhid ailələrini qəbul edib, aclıq aksiyasının başlanmasına səbəb olan bloger Mehman Hüseynovun barəsində açılmış cinayət işini sonlandırıb, sosial şəbəkələrdə geniş müzakirə olunan məsələlərə müdaxilə edilib.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button