2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Siyavuş Novruzov: “Verilən dəfn puluna qəbiristanlıqda 10 santimetr yer almaq mümkün deyil”

“Bəzi adamlar Azərbaycanın qazandığı qələbəyə kölgə salmaq istəyir, müəyyən məsələlərdən istifadə edirlər. Qazilərin əlillik dərəcəsinin alınması ilə bağlı haqsız iradlar səsləndirilir. Halbuki, çox az sayda belə insan əlillik dərəcəsinin alınması üçün tələblə çıxış edir”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin noyabrın 14-də keçirilən plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsində deyib.

Deputat bildirib ki, əliliklə bağlı problemlərin həlli üçün komissiya, ictimaiyyət nümayəndələri və mətbuatın iştirakı ilə həmin şəxslər yerindəcə yoxlanıla bilər: “Konkret olaraq da müəyyən edilsin ki, onlara əlillik dərəcəsi düşür, ya yox. Bununla da məsələ birdəfəlik həll olunsun, həmin şəxslər ikinci dəfə ortaya çıxmasınlar”.

S.Novruzov vurğulayıb ki, müharibədən sonra meydana çıxan bəzi xəstəlikləri tibb də müəyyən edə bilmir: “Bura psixoloji və digər travmalar aiddir. 18 yaşında olan gəncin yanında döyüş vaxtı insan öldürülür, yaxud baş kəsilir, minaya düşür. Hər yeri salamat ola bilər, amma ciddi travma alır. Bu qəbildən olanlara əlilliyin verilməsi nə böyük problemdir?!”.

Pensiya təyinatı ilə bağlı bəzi süründürməçiliyin olduğuna toxunan parlament üzvü əlavə edib ki, bu məsələdə insanlara fərdi qaydada diqqət göstərilməlidir.

“Ünvanlı sosial yardımların təyinatında da müəyyən qüsurlar var. Misal olaraq, kiminsə adına köhnə sovet maşını, yaxud yarım hektar torpağı varsa, deyirlər sənə yardım düşmür. Hansı ki, adında olan torpaq sahəsindən heç bir məhsul əldə etmək olmur. Yaxud da taxıl əkib maksimum 500 manatlıq taxıl götürə bilər. Bunun da nə qədər xərci var. Belə misal var ki, “ac adama balıq yox, balıq tutmağı öyrədərlər”. Sosial yardım alanlara peşə öyrətmək lazımdır ki, arxayınlaşmasınlar. Əkin-biçinlə məşğul olsunlar”, – S.Novruzov əlavə edib.

Deputat, həmçinin əlavə edib ki, dəfn pulunun miqdarı artırılmalıdır: “Verilən dəfn puluna qəbiristanlıqda 10 santimetr yer almaq mümkün deyil. Rayonlar başqa, Bakı şəhərində qəbiristanlıq məsələsi çox ciddi problemdir. Yerin alınması, dəfnolunma heç onun 10-da birini həll etmir. Ona görə də dəfn pulu artırılmalı və tələb olunan sənədlərin sayı azaldılmalıdır”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button