2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Slovakiya XİN: “Azərbaycan təbii qazının Avropa bazarlarına tədarükünü dəstəkləyirik”

“Slovakiya Azərbaycan təbii qazının Avropa bazarlarına tədarükünü dəstəkləyir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”a Slovakiya Xarici İşlər Nazirliyindən bildirilib.

“Azərbaycan vacib təbii qaz istehsalçısı və digər Xəzəryanı ölkələrdən hasil edilən təbii qaz üçün potensial tranzit ölkə kimi qəbul edilir. Cənub Qaz Dəhlizi Avropa İttifaqının prioritet enerji layihələrindən biridir və təbii qazın Slovakiyaya tədarükü üçün bu sahədə əməkdaşlığın qurulması yollarını nəzərdən keçiririk”, – XİN-in bəyanatında qeyd edilib.

Bildirilib ki, Azərbaycan və Slovakiya enerji və nəqliyyat layihələri sahəsində Avropa İttifaqı üçün prioritet layihə olan Cənub Qaz Dəhlizi vasitəsilə əməkdaşlıq edə bilər: “Nəqliyyat infrastrukturunun inkişafı iki ölkə arasında ticarət dövriyyəsinin artmasına yardım göstərə bilər”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button