2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

SMDT növbədənkənar prezident seçkisi ilə bağlı rəyini açıqlayıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisinin müşahidələrinin nəticələri üzrə ilkin rəyini açıqlayıb.

Toplum TV xəbər verir ki, bu barədə təşkilatın fevralın 8-də yaydığı məlumatda bildirilir. 

Açıqlamada qeyd olunub ki, seçki günü SMDT 117 nəfər müstəqil müşahidəçi ilə təsadüfi yolla seçilmiş 105 seçki məntəqəsində statistikaya əsaslanmış metod üzrə müşahidə aparıb. Məlumatlar məntəqələrin açılması və lazımi avadanlıqlarla təchiz edilməsi, səsvermə, seçici fəallığı, səslərin sayılması və nəticələrin elan edilməsi mərhələlərini əhatə edib. 

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilir ki, seçkilərin təşkili ilə bağlı ənənəvi çatışmazlıqlar qeydə alıb. Mərkəzi Seçki Komissiyası seçici siyahılarının tərtibi və dəqiqləşdirilməsi ilə bağlı uyğunsuzluqlara dair iddialara aydınlıq gətirməyib.

“Seçki günü bəzi müşahidəçilərə seçki məntəqlərində müşahidə aparmağa imkan verilməyib. Gün ərzində seçki məntəqələrinin 25 faizində müşahidəçilərə maneələr yaradılıb. Bəzi müşahidəçilər psixoloji və fiziki təzyiqə məruz qalaraq, seçki məntəqələrindən ya çıxarılıb, ya da gün ərzində
rahat fəaliyyətinə imkan verilməyib.”, – bəyanatda bildirilib. 

Həmçinin qeyd olunub ki, SMDT ilə əməkdaşlıq edən müşahidəçilər bəzi seçki məntəqələrində seçici fəallığı üzrə göstəricilərin rəsmi rəqəmlərdən xeyli fərqləndiyini qeydə alıblar. Bu cür uyğunsuzluqlar bəzi seçki məntəqələrində bir şəxsin dəfələrlə səsverməsi və seçki qutularına toplu bülletenlərin atılması
halları nəticəsində seçici fəallığının süni şəkildə şişirdildiyini iddia etməyə əsas verir.  

Təşkilatın seçki öncəsi və seçki dövrü üzrə apardığı ümumi dəyərləndirməyə əsasən, növbədənkənar prezident seçkisi əlverişli demokratik siyasi mühit və həqiqi siyasi rəqabət şəraitinin çatışmaması ilə müşayiət olunaraq, azad və ədalətli seçkilər üzrə milli qanunvericiliyin və beynəlxalq standartların tələblərinə cavab verməyib.

SMDT-nin geniş hesabatı ilə buradan tanış ola bilərsiniz:

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button