Siyasət

Sülhməramlıların komandanı Bakıda soyuq qarşılanıb

Bakı /10.09.21/ Turan: Sentyabrın 10 -da Azərbaycanın müdafiə naziri Zakir Həsənov Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin keçmiş  komandanı Rüstəm Muradovu və onun yerinə  təyin edilən Mixail Kosobokovu qəbul etdi.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı “Rusiya sülhməramlılarının müvəqqəti  yerləşdirildiyi Azərbaycan ərazisindəki” vəziyyəti müzakirə ediblər.

Yerəvan və Bakının Muradov və Kosobokovun görüşləri ilə bağlı məlumatları müqayisə etsək, Azərbaycan tərəfinin quru tonunu aydın görünür. Üstəlik, Azərbaycan Müdafiə Nazirliyi Həsənovun rus generalları ilə görüşünün fotosunu belə dərc etməyə lazım bilmıyib. Bütün bunları rəsmi Bakının sülhməramlıların hərəkətlərindən narazılığı kimi qiymətləndirmək olar. -02D- 
 

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button