2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Suriya XİN başçısı: “Ölkələrin ərazi bütövlüyünə hörmətə əsaslanan “Bandunq prinsipləri”nə sadiqik”

“Suriya digər məsələlərlə yanaşı, ölkələrin ərazi bütövlüyünə hörmətə əsaslanan “Bandunq prinsipləri”nə sadiqdir”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Feysəl Əl-Mikdad Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, Qoşulmama Hərəkatının əsasını 10 dinc yanaşı yaşama və beynəlxalq münasibətlər prinsiplərini özündə əks etdirən “Bandunq prinsipləri” təşkil edir: “Buraya ərazi bütövlüyünə hörmət, başqa ölkələrin daxili işlərinə müdaxilədən və qarışmaqdan imtina etmək, bütün irqlərin və millətlərin bərabər hüquqa malik olmasını tanımaq, bütün beynəlxalq mübahisələri sülh yolu ilə həll etmək və s. daxildir”.

“Biz siyasi, iqtisadi və təhlükəsizlik sahəsində yaranan təhdidlər fonunda bu prinsiplərə sadiqliyimizi bir daha təsdiq etməliyik”, – Suriya XİN başçısı vurğulayıb.

Onun sözlərinə görə, terrorla mübarizə çox vacibdir: “Suriya xalqı da terrordan əziyyət çəkib”.

Nazir bu ilin fevralında baş vermiş dağıdıcı zəlzələ zamanı Suriyaya dəstək verən bütün dövlətlərə təşəkkür edib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button