2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Sürücülərin qənimi olan DYP əməkdaşı işdən qovuldu

Bakıda sürücüləri avtoxuliqan kimi tutmaqla məşhurlaşan yol polisi əməkdaşı işdən qovulub.
Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis zabiti, daha çox “Beko Rəşad” kimi tanınan Rəşad Nağıyev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə sərəncama göndərilib.
Buna səbəb kimi Rəşad Nağıyevlə bağlı şikayətlərin son vaxtlar daha da artması göstərilir. Bildirilir ki, sürücülər tərəfindən DİN rəhbərliyinə edilən müraciətlərdə DYP əməkdaşının qanunsuz hərəkətlərindən, sürücüləri “avtoş” adı ilə incitməsindən bəhs olunub, onun rüşvət alması halları qeyd edilib.
Rəşad Nağıyev Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin məşhur əməkdaşıdır. Belə ki, “Beko Rəşad” kimi tanınan həmin şəxsdən sürücülər narazıdır. Çünki sürücü hansısa manevr və yaxud ötmə qaydasını pozan zaman R.Nağıyev onu saxladaraq avtoxuliqan kimi qələmə verir, avtomobili isə cərimə meydançasına aparır. Bu hadisə bir çox sürücünün başına gəlib. Bu tipli şikayətlərin sayı durmadan artdığı üçün “Beko Rəşad”ın fəaliyyəti yoxlanılıb və bəzi şikayətlər təsdiqini tapdığı üçün nazirin əmri ilə sərəncama göndərilib. (avtosfer)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button