Siyasət
TƏBİB-in cərimələrdən topladığı vəsaitdən istifadə etməsi üçün qayda hazırlanacaq
İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə qaydası hazırlanacaq.
“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı əhalinin sağlamlığının qorunması ilə bağlı Fərmanda nəzərdə tutulub.
Sənədə görə, Nazilər Kabineti qaydanı üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməlidir.
Mənbə:Report