24 saat en son xeberler - Xeberler platformasi

ÖLKƏGündəm

Təcridxanadakı şəraitdən narazıdır

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Aqil Hümmətov saxlanma şəraitindən narazıdır. Bu barədə onun həyat yoldaşı Aygün Hümmətova məlumat verib. Onun sözlərinə görə, ötən həftənin axırı yoldaşı ilə görüşəndə A.Hümmətov saxlandığı 3 saylı İstintaq Təcridxanasında şəraitin pis olmasından şikayət edib: “Qaldığı otaqda 12 nəfər saxlanılır. Otağın pəncərəsi sınıqdır və buna görə otaq çox soyuqdır. Üstəlik də, döşək pis vəziyyətdədir deyə, ona başqasının verilməsini istəyib, amma xahişi nəzərə alınmayıb. Mənə dedi ki, gödəkcəni altına qoyur yatır”.

Penitensiar Xidmətin Mətbuat xidmətindən isə “Turan”a bildirilib ki, saxlanma şəraitindən hər hansı şikayət varsa, onlara rəsmi müraciət olunmalıdır.

Bu il noyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Hümmətov 10 il azadlıqdan məhrum edilib. Rəsmi ittihama görə, A.Hümmətov üzərində gəzdirdiyi qatlanan cib bıçağı ilə Bakı şəhəri, Zirə qəsəbəsi, Bağ massivində fərdi yaşayış evinin həyətində Yamən Məmmədov adlı bir şəxsi qarın nahiyəsindən vurmaqla onun sağlamlığına ağır xəsarət yetirib.

A.Hümmətov Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib. Amma AXCP onun saxta ittihamla şərləndiyini açıqlayıb.

Xatırlatma

2021-ci ilin avqustundan həbsdə olan A.Hümmətov məişət tullantılarını çeşidləyib təhvil verməklə, yaşadığı qəsəbədə zibillərin yığışdırılması və s. işlərlə məşğul olmaqla ailəsini dolandırırdı. O, bundan öncə də bir neçə dəfə inzibati qaydada həbs edilib, məcburi şəkildə psixiatriya xəstəxanasına yerləşdirilib. O zaman da Hümmətov özünü təqsirli bilmir, hökumətin ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyirdi. O, prezidentdən uşaqlara aylıq müavinətin verilməsini tələb edirdi.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button