Loading...
Loading...
Xəbərlər

Təhsil Nazirliyi 20 yanvar faciəsinin işıqlandırılmasında səhvini etiraf edib

Bakı/18.02.22 Azərbaycanda yanvar faciəsinin (1990-cı il) 32-ci ildönümü ərəfəsində Təhsil Nazirliyi təhsil müəssisələrində anım dərslərinin tədbirlərin keçirilməsi barədə nazirin əmrini dərc edib.

Müəllimlər bu işdə Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş məktəblilər üçün dərsliklərdən müəllimlər üçün metodik vəsaitdən  istifadə edəcəklər. Azərbaycan məktəblərinin dördüncü sinifləri üçün rus dilinin dərsliyinin 79-cu fəslində “20 Yanvar –anım və hüzn günü” adlı mətn yerləşdirilib. Mətndə deyilir ki, Bakıda dinc vətəndaşların güllələnməsi sovet ordusu ilə Azərbaycan Xalq Cəbhəsinin üsyançıları arasında döyüşlər zamanı baş verib.   

Bununla işarə edilir ki, 131 azərbaycanlının ölümünə 744 nəfərin yaralanmasına görə günahın bir hissəsi respublika vətəndaşlarının – “Xalq Cəbhəsinin silahlı üsyançıları”nın üzərinə düşür.

Digər məktəb dərsliklərində belə bir fikir yoxdur. Yuxarı siniflər üçün vəsaitlərdə birmənalı olaraq sovet hərbi qulluqçularının dinc əhaliyə qarşı zorakılığından bəhs edilir.

Ötən il faciənin 31-ci ildönümündə Azərbaycan prezidentinin saytında yazılmışdı ki, sovet ordusu SSRİ-nin ermənipərəst siyasətinə etiraz edən dinc nümayişçiləri güllələyib. 20 yanvar hadisəsi “kütləvi terror” adlandırılıb. Prezidentin saytında “üsyançılar” haqda heç nə deyilməyib.

Antiazərbaycan mətnli dərsliyin səhifəsi sosial şəbəkələrdə yayılıb narazı oxucular tərəfindən fəal şəkildə müzakirə edilir.

Təhsil Nazirliyi Turan-dan sorğu alıb. Eyni məsələ nazirliyə digər KİV-lərdən də daxil olub. “Şərq-Qərb” nəşriyyatı cavab verib, 2019-cu ildə çapdan çıxmış dərslikdə səhv olduğunu etiraf edib. Həmin dərsliyin elektron versiyası www.trims.edu.az-da səhv düzəldilib, nəşriyyat məlumat verib.

Düzəldilmiş mətndə 20 yanvar 1990-cı il hadisəsi qanuni azadlıq tələbilə silahlı imperiyaya qarşı çıxmış Azərbaycan xalqının qəhrəmanlığı kimi qiymətləndirilir.—0–

Turan
“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun