2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Tərtər işi” ilə bağlı Vilayət Eyvazova MÜRACİƏT

[

Bu gün Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərin məhkəmədə iştrak etmədiyi bildirilib. Bu səbəbdən prosesin növbəti dəfə təxirə salınmasına qərar verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd olunub ki, zərərçəkmişlər əvvəlki iclaslarda da iştrak etmədikləri üçün Bakı Hərbi Məhkəməsi sentyabrın 6-da onların məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarıb. Lakin qərar icra olunmayıb. Bu səbəbdən bu gün keçirilən prosesdə məhkəmə daxili işlər naziri Vilayət Eyvazova müraciət etmək barədə qərar qəbul edib.

Müraciətdə qeyd olunub kİ, məhkəmənin qərarına əsasən, Ağdam, Gəncə, Bərdə, Goranboy, Yevlax, Astara, Mingəçevir, Bakı şəhərinin Qaradağ və Nəsimi rayonları, Sabirabad, Şəki, Qəbələ rayonları üzrə Polis şöbə və idarələri zərərçəkmişlərin məhkəməyə məcburi gətirilməsini təmin etməlidirlər.

Bu icra olunmadığından Bakı Hərbi Məhkəməsi məhkəmə iclaslarının lüzumsuz şəkildə uzadılmasının qarşısını almaq məqsədi ilə daxili işlər naziri Vilayət Eyvazova məhkəmə qərarlarının icrasını nəzarətə götürülməsi barədə müraciət ünvanlayıb.

 

 

Gununsesi.info

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button