Cəmiyyət

“Tərtər işi”ndə bəraət almış 18 nəfərin adı və rütbəsi – SİYAHI

Tərtər işi” üzrə cinayət işlərinə bəraətverici əsaslarla xitam verilmiş 18 nəfərin adları və rütbələri məlum olub.

Bu barədə vəkil Rəsul Cəfərov məlumat verib.

Vəkil bildirib ki, həmin şəxslər müxtəlif maddələrlə ittiham olunaraq azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdular.

Tərtər işi” ilə bağlı istintaqın təzələnməsindən sonra isə onların günahsız olduqları təsdiqlənib:

Polkovnik-leytenant Seymur Hidayətov;

Polkovnik-leytenant Ramin Mustafayev;

Mayor Elşən Xamıyev;

Mayor Cavid Ağayev;

Kapitan Elmar Allahverdiyev;

Kapitan Elvin Xəlilov;

Kapitan Ziya Qurbanov;

Kapitan Səddam Quliyev;

Kapitan Bəşir Məmmədov;

Baş leytenant Elvin Rəfiyev;

Baş leytenant Sabir Əliyev;

Baş leytenant Yusif Əsədov;

Leytenant Əsəd Mancanov;

Gizir Turab Kərimov;

MAHHXEHQ Zamiq Səfərov;

MAHHXEHQ Rəcəb Teymurov;

MAHHXEHQ Bəhruz Novruzov;

MAHHXEHQ Eyyub Məmmədov.

Xatırladaq ki, Ali Məhkəmə bir neçə gün əvvəl “Tərtər işi” ilə bağlı ittiham olunmuş daha 18 nəfər barəsindəki son kassasiya qərarını ləğv edərək yenidən apelyasiya baxışına göndərib. (APA)

24 saat” ““Tərtər işi”ndə bəraət almış 18 nəfərin adı və rütbəsi – SİYAHI” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Bakıda dilənçiləri təpikləyən polislər işdən qovulub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button