2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Təcridxanada Qubad İbadoğluna əsa verməyiblər

Bakı/15.12.23/Turan: Həbsdə olan müxalifətçi Qubad İbadoğlu istintaq təcridxanasında əsadan istifadə etmək imkanından məhrum edilib, onun qardaşı Qalib Bayramov bildirib. Bu, o sərbəst hərəkət edə bilmədiyini açıqladıqdan sonra baş verib.

«Ötən həftə qardaşımla telefonla danışanda dedi ki, hərəkət etməklə bağlı ciddi problemləri var. Ona görə də Bakı İstintaq Təcridxanasının tibbi-sanitar hissəsinin rəisi Rəşad Hüseynliyə müraciət edib. O təklif edib ki, qardaşına əsa gətirsinlər. Dekabrın 9-da qardaşıma dərman və əsa apardım. Bu həftə, çərşənbə axşamı, qardaşım dedi ki, əsanı ona verməyiblər”,- Bayramov deyib.

Dekabrın 14-də vəkillər İbadoğlu ilə görüşüblər və İbadoğluna əsanın verilmədiyini təsdiqləyiblər. “Ona görə də biz çox narahatıq. Şiddətli bel ağrısı səbəbilə Qubadı xəstəxanaya yerləşdirməkdən imtina edirlər. Qubada əsanın verilməsi onların Qubadın sağlamlıq problemlərini tanıması deməkdir”, – Bayramov deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

* İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda ittiham edərək 3 ay 26 gün həbs edib. Azərbaycan Daxili İşlər Nazirliyindən bildiriblər ki, İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəsi var.

Avqustun 25-də ona qarşı “dini ekstremizmyönlü materialların hazırlanması, saxlanması və ya yayılması” barədə daha bir ittiham irəli sürülüb.

Noyabrın 16-da məhkəmə Qubad İbadoğlunun həbsini daha üç ay uzadıb.

Qubad İbadoğlu ittihamları absurd hesab edərək rədd edir. Bir çox beynəlxalq təşkilat və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar. Avropa Parlamenti Qubad İbadoğlunun təqibinə görə Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.—16B-

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button