2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Taliban sülh danışıqlarına hazırdır

Əfqanıstan Talibanı Pakistanda sülh danışıqlarına nümayəndə heyəti göndərdiyini deyir. Ancaq ötən həftə Kabildə 64 nəfərin həyatına son qoymuş bomba partlayışından sonra Əfqanıstan hökuməti danışıqlara soyuq yanaşır.

“Taliban nümayəndələrinin Pakistanda olduğunu bilirik, ancaq Pakistan verdiyi vədlərə əməl etməyincə oraya gedən deyilik”, Prezident Ashraf Ghani-nin sözçüsü Dawa Khan Mina Pal aprelin 26-da Reuters agentliyinə deyib. Pakistan daha öncə sülh danışıqlarını rədd etmiş, Pakistanda mənzillənən Taliban liderlərinə qarşı hərbi addımlar atmağı vəd etmişdi.

Taliban mənbələri isə nümayəndə heyətinin Pakistan rəsmilərilə görüşməkdən ötrü artıq Karaçidə olduğunu bildirib. “Kabilin görüşə qatılması bizi maraqlandırmır, onsuz da artıq bahar hücumuna başlamışıq və onlara qarşı uğur əldə edirik”, bir təmsilçi Reuters-ə deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Ghani bu həftə Pakistandan tələb edib ki, Taliban yaraqlıları ilə sülh danışıqlarına getməkdənsə, onlarla vuruşsun.

azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button