2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

TDT Lənkəranın “2024-cü il Türk Dünyasının Gənclik Paytaxtı”na namizədliyini razılaşdırıb

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Lənkəran şəhərinin “2024-cü il Türk Dünyasının Gənclik Paytaxtı”na namizəd kimi irəli sürülməsi ilə bağlı təklifini razılaşdırıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliyev “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O, qeyd edib ki, dünən Azərbaycanın İsmayıllı rayonunun Basqal qəsəbəsində Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin yığıncağı keçirilib. Toplantıda Türk Dövlətləri Təşkilatının təşəbbüsləri nəzərdən keçirilib, qarşıdakı fəaliyyət proqramı açıqlanıb və Lənkəran şəhərinin “2024-cü il Türk Dünyasının Gənclik Paytaxtı”na namizəd kimi irəli sürülməsi ilə bağlı təklifi razılaşdırılıb.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının (TDT) gənclər və idman nazirlərinin dünən keçirilən 7-ci iclasının açılışında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. Nazir türk dövlətlərinin əməkdaşlığı çərçivəsində həyata keçirilən son yeniliklərin və əməkdaşlığın gənclər və idman sahəsinə verdiyi töhfələr barədə danışıb.

Nazirlər ortaq türk gənclər və idman gündəliyinə sadiq olduqlarını bəyan edərək, bu istiqamətdə TDT əməkdaşlıq çərçivəsinə uyğun olaraq görülən işlərin əhəmiyyətini vurğulayıblar. Görüşdə bir sıra vacib qərarlar qəbul edilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button