2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Tofiq Yaqublunun “xuliqanlığı” ilə bağlı peşəkar rəyi

Tanınmış hüuquşünas Fuad Ağayev Milli Şura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun həbsi ilə yayılan rəsmi məlumatı şərh edib. Şərhdə deyilir:

2018-ci ilin yanvarında nahar etdiyim kafedən çıxdığım zaman onun giriş hissəsinə sol tərəfdən yaxınlaşan adam məndən adını birinci dəfə eşitdiyim bir nəfərin kafedə olub-olmamasını soruşdu. Diqqətimi yanıldan bu adamın sualını cavablandıran zaman özümü kafenin pilləkənində saxlamasa idim, sayıqlığımı bir anlığa itirsə idim, qəfildən kafeyə girişdən sağ tərəfdən ildırım sürətilə gələn cip tipli avtomaşın məni şil-küt eləyəcəkdi. Yəqin təsadüfdür, həmin hadisədən bir müddət əvvəl müdafiəçisi olduğum İlqar Məmmədov şərti azad olunması üçün ərizə yazmaqdan imtina etmişdi. O zaman düşündüm ki, daha məni heç nə təəccübləndirə bilməz. Amma yanılırdım.

Saytların yığılması Saytlarin yigilmasi

Dünən Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun Tofiq Yaqublunun həbsi ilə bağlı birgə məlumatı yayılıb. Məlumata görə, martın 22-də saat 15 radələrində Yaqublu Tofiq Rəşid oğlu idarə etdiyi özünə məxsus “Toyota Corolla” markalı 90-CU-515 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 61 saylı ünvanda yolun sağ kənarında dayanmış vəziyyətdən sola yerdəyişmə edib hərəkətə başlayarkən manevr etmə qaydalarını pozaraq eyni istiqamətdə hərəkət edən Cəbrayılov Elxan Səttar oğlunun etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı 90-HA-028 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Ondan başlayaq ki, “VAZ-21074” markalı maşın Tofiq bəyin maşını ilə toqquşmazdan bir neçə dəqiqə əvvəl Tofiq Yaqublu öz avtomaşınını göstərilən yerdə, 8-ci kilometr bazarının yanında saxlayaraq həyat yoldaşı və qaynı oğlunu düşürdüb ki, onlar gedib bazarlıq etsinlər, özü isə avtomaşında əyləşərək onları gözləyirmiş. Siz kimə inanırsınız? Şəxsən mən Tofiq bəyə inanıram. Bir də ki, niyə də maşını tərpətməli, məlumatda yazılan “manevr”i etməli idi – onu parklamışdı və bazara getmiş yaxınlarını gözləyirdi.

Birgə məlumatda daha sonra deyilir ki, araşdırma zamanı T.Yaqublunun həmin vaxt avtomobildən çıxaraq ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməsinə, yəni E.Cəbrayılovla mübahisə edib onu nalayiq ifadələrlə təhqir edərək yumruqla onun baş nahiyəsinə və silah qismində istifadə etdiyi vintaçan alətlə sağ çiyin nahiyəsindən bir neçə zərbə vurub xəsarətlər yetirməsinə, eləcə də T.Yaqublunun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyən hadisə zamanı E.Cəbrayılovun avtomobildə olan arvadı Cəvahir Cəbrayılovanı əli ilə itələyib ona da xəsarət yetirməsinə dair əsaslı şübhələr müəyyən edilib. Tofiq bəy deyir ki, həmin şəxslərə heç nə etməyib, əksinə, onlar özlərini aqressiv aparıblar. Siz kimə inanırsınız? Mən Tofiq bəyin söylədiklərinə inanıram. Təkcə ona görə yox ki, onu tanıyıram və olduqca soyuqqanlı və sakit təbiətli insan olduğunu bilirəm. Həm də ona görə ki, hadisəni görənlər, o cümlədən Tofiq bəy zəngindən sonra onun maşınının yanına qayıdan həyat yoldaşı və qaynı oğlu Cəbrayılovlar cütlüyünü orada sap-sağlam görüblər (Tofiqin yaxınlarını heç kəs dindirməyib). Həm də ona görə ki, Tofiq bəy özünə qarşı şər provokasiyasını gözləyirdi. Həm də ona görə ki, Azərbaycan hüquq-mühafizə orqanlarının hadisələri təhrif edən cinayət işləri üzrə qanunsuz əməl və qərarları dəfələrlə ifşa olunub – o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsində. Yeri gəlmişkən, T.Yaqublunun bundan əvvəl məhkum olunduğu cinayət işi üzrə hüquqlarının pozulduğu Avropa Məhkəməsi tərəfindən müəyyən olunub, onunla birgə məhkum olunmuş İlqar Məmmədovla bağlı həmin məhkəmə artıq üç qərar qəbul edib. O da maraqlıdır ki, youtube kanalında yayımlanan videofayldan görünür ki, T.Yaqublunun parklanmış maşınına tərəf əvvəl aramla gedən “VAZ-21074” markalı maşın kadrdan çıxmazdan azcə öncə hərəkətini sürətləndirir.

Hətta təsəvvür etsək ki, möcüzə baş verib və hansısa fövqəlqüvvə T.Yaqublunu Cəbrayılovlar cütlüyünə müqavimət göstərməyə vadar edib – hanı bunu təsdiq edən sübutlar? Hanı Tofiq bəyin videoregistratorunun görüntüləri, yaxınlıqdakı müşahidə kameralarının görüntüləri? Bundan başqa, məgər ittiham tərəfi və T.Yaqublunun həbsi haqqındakı vəsatət və təqdimata baxan hakim bilmirlər ki, şəxsi münasibətlər zəminində, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi tövsif edilməməlidir? Bir daha deyirəm, şəxsi zəmində baş vermis mübahisə zamanı xəsarət yetirilməsi (əgər belə xəsarət yetirilibsə) ictimai qaydanı kobud pozmağa, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər – xuliqanlıq cinayəti kimi qiymətləndirilə bilməz!

Burada maraqlı məqamlar çoxdur, yazırlar ki, hadisə yerinə baxış zamanı hadisə vaxtı istifadə edilən üzərində qanabənzər ləkələr olan vintaçan, zərərçəkmiş şəxs E.Cəbrayılovun hadisə vaxtı əynində olmuş üzərində qanabənzər ləkə olan cırılmış jaket aşkar edilərək maddi sübut kimi götürülüb. Belə çıxır ki, Cəbrayılovun jaketi onun əynində yox, hadisə yerində aşkar olunub. Əgər birgə məlumatda jaket barədə yazılan doğrudursa, Cəbrayılov jaketsiz sərin havada necə qalıb? Vintaçan məsələsinə gəldikdə isə, o ortalıqda olmasa (yaxud atılmasa) idi, T.Yaqublunun ondan guya istifadə etməsi iddia edilməsə idi, birgə məlumatda təsvir edilən “əməl” hətta xuliqanlıq kimi qiymətləndirilsə idi belə, bu, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif olunardı ki, həmin maddə cərimə, ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutur. Yəni 221.1-ci maddə üzrə beynəlxalq ictimaiyyətin nəzərlərində T.Yaqublunun barəsində həbs-qətimkan tədbirinin seçilməsini əsaslandırmaq çətin olacaqdı.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button