2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

TQDK-dan keçid balları ilə bağlı – AÇIQLAMA

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il ali məktəbə qəbul olmaq istəyən abituriyentlər üçün keçid balları haqqında açıqlama verib.

Komissiyadan  verilən məlumata görə, ixtisaslar üzrə keçid balları ixtisas seçimi başa çatdıqdan sonra müəyyənləşir.
Buna görə də bu il ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının hansı səviyyədə formalaşacağı, keçid ballarının ötən illə müqayisədə artıb-artmayacağı, hansı ixtisaslar üzrə daha rəqabətli müsabiqə vəziyyətinin yaranacağı barədə indidən dəqiq məlumat vermək mümkün deyil:
“Çünki bu, ixtisas seçimindən sonra bəlli olur. Abituriyentlər imtahan versələr də, ixtisas seçimini etməyiblər. İxtisas seçiminə iyulun 29-dan başlanacaq və avqustun 10-dək davam edəcək. Ona görə də biz indi deyə bilmərik ki, hansı ixtisas üzrə keçid balı nə qədər olacaq? Yalnız ixtisas seçimi bitdikdən sonra məlum olacaq ki, bu il hansı ixtisas üzrə keçid balı nə qədərdir”.
Komissiyadan əlavə edilib ki, keçid balının formalaşmasına 3 əsas amil – abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı təsir edir. Ona görə də keçid balları hər il dəyişərək fərqli olur.
TQDK-dan qeyd edilib ki, bu il I-IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button