2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Tramp Heydərovla Məmmədovun yarımçıq savaşını necə qızışdırdı? – Detallar

ABŞ-da oliqarx Donald Trampın zəfərinin sədası Azərbaycana qədər uzandı. “Ağ ev”in sahibinin biznesmen olması Bakıda oliqarxiyaya çevrilmiş bir ailənin “papağını göyə ataraq” sevinməsi ilə müşayiət olundu.

Nə Heydərov, nə “Moskva göz yaşlarına inanır”

Öləziməkdə və süqut etməkdə olan Məmmədovlar klanına qəflətən oksigen verildi. Dərindən bir nəfəs alan ailə, “Nəsimi” filmində İbrahım şahın dediyi kimi “Şirvan xilas oldu” xoşbəxtliyini yaşadı.

Saytların yığılması Saytlarin yigilmasi

Anaxeber.Az-ın Analitik Qrupu yazır ki, nəqliyyat naziri Ziya Məmmədov az qala bütün ümidlərni itirmişdi.

Nazir kimi səlahiyyətləri sıfıra endirilən, qardaşı mandatsız qalan, oğlu biznes fəaliyyətində tənəzzül dövrünü yaşayan Z.Məmmədov indi gələcəyə parlaq baxır.

Nazir yalnız ona inanırdı ki, onu keçmişdəki hansısa dost xidməti və sədaqəti xilas edə bilər, bir də Kremldəki kifayət qədər güclü əlaqələri.

Amma gözləntilərinin heç biri olmadı. Çünki “Moskva göz yaşlarına inanmır”, dost xidməti isə “dünənə görə çox sağ ol, bu günün isə cavabını ver” yanaşmasıdır.

Kəsəsi, son illərə qədər “nəqliyyat imperatoru” kimi gur-gur guruldayan Z.Məmmədov və çevrəsi o dərəcədə zəiflədildi ki, taqəti belə qalmadı.

Bu, həm də və həm də “əzəli rəqib” olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Ziya Məmmədovun üzərində qələbəsiydi. Necə ki, “Qara kəmər” əməliyyatına adekvat cavab olaraq MTN sıradan çıxarıldı, bu kluarda da Heydərov Məmmədovu bitirə bilmişdi.
Beləliklə, FHN şefinin hakim komandadakı güclü rəqiblərindən daha birini məğlub etməsinin şahidiydik. Ta Məmmədovlara tramplin olacaq Tramp qalib gələnədək…

Məmmədovların media erası

Anaxeber.Az-ın Analitik Qrupu xəbər verir ki, lakin Məmmədovların söndürülməkdə olan çırağı nicat gözlədiyi Moskvada yox, gözlənilmədən Vaşinqtonda yandırıldı. Trampla nazir oğlu Anar Məmmədovun işbirliyini atası şad-xürrəm şəkildə mətbuata açıqlayır.

Yəni görün ha, dünyanın supergüc dövlətinin, Suriyadan Ukraynaya, Misirdən Abxaziyaya qədər bütün geosiyasətdə iri pəncələri olan Birləşmiş Ştatların dövlət başçısı dostumuzdur.

Bu daxili publikaya ünvanlanmış ismarıc deyildi. Birbaşa yuxarı eşelondakı qüvvələrə və Heydərovlara mesaj idi: bizim iqtidardakı yüksəlişimiz başlayır…

Hətta belə demək olarsa, Nyu-Yorkdan Londona uzanan əllər (Məmmədovlardan Heydərovlara) indi daha böyük açılır.

Üstəlik, Trampın dostlarının həvəslənməsi ayrı-ayrı regionlarda nəqliyyat müfəttişlərini dövriyyəyə buraxmaq, sabiq deputat Elton Məmmədovu xaricdəki biznesinin başına keçirmək, mediada fəallaşmaqla müşahidə edilməkdədir.

O da istisna deyil ki, media biznesində Heydərova bata bilməyən və bəzi xəbər portalları olan Məmmədov bundan sonra daha böyük gücə və paya sahib olsun.

Mətbuatda Məmmədovlar erasının başlanması da gözləniləndir. Bu sektorda da Heydərovlara uduzmuş klan Trampla əlaqələrin inkişaf etdirilməsi hesabına Azərbaycanda siyasi hakimiyyətin “gözünün işığı” ola bilər.

Beləcə, çırağı sönmüş, Moskvada və Bakıda ümidləri dəfn olunmuş Məmmədovların Vaşinqtonda yanan işığı bu ailənin ətrafına nur saçır.
Ancaq qarşıda yarımçıq qalmış müharibənin yeni müstəvidə daha qızğın döyüşləri var. Heydərovla Məmmədov ya da elə Londonla Nyu-York arasında…

Tale Heydərovla Anar Məmmədovun rəqabəti

Anaxeber.Az-ın Analitik Qrupunun yazır ki, hakimiyyətin etibar etdiyi kadrlardan olan və iqtidarın meneceri adını qazanmış Kəmaləddin Heydərov “dumanlı albion”da – Londonda siyasi güc kimi mənzillənib.

FHN şefinin qərargahı məhz İngiltərə paytaxtında, gizli siyasi oyunların getdiyi , ceyms bondların olduğu bir şəhərdə yerləşir.
Onun oğlu, iş adamı Tale Heydərov Londonda kifayət qədər yüksək əlaqələrə malikdir. T.Heydərovun “Çelsi” üslubunda yaratdığı “Qəbələ” klubu, Toni Adamsı gətirməsi, klassik ingilis forması və kübarlığı ailənin siyasi yükünün London olduğunu nümayiş etdirir.

Nazir oğlunun Londonda Azərbaycanla bağlı həyata keçirdiyi işlər, Qarabağ, Xocalı kampaniyaları da qeyd olunmalıdır.

Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədov isə Nyu-Yorkda güc olaraq mənzillənib. Onun qolf idmanına girişməsi, ABŞ-ın ən səs-küylü şəhərində lobbi fəaliyyəti, Qarabağla bağlı rəhbəri olduğu Alyansın gördüyü işlər nazir oğlunun ABŞ-a bağlılığını göstərir. Və bu yaxınlıq nəhayət fayda verir, dostu Tramp qalib gəlir.

İndi iki siyasi güc – Tale Heydərovla Anar Məmmədovun toqquşmasından kimin qalib ayrılacağı maraq doğurur. Təbii ki, Kəmaləddin Heydərov Ziya Məmmədovun üzərində qələbəni sonuna qədər təmin edə bilməməsi və yarımçıq qalması müharibəni təzədən alovlandıra bilər.

Bu dəfə qüvvələr nisbəti də fərqlidir. Məmmədovlar heç də “yorulmuş atlar”a bənzəmir. Qarşıda bizi iki klanın arasında amansız bir mübarizəyə tamaşa etmək gözləyir. Nəqliyyat naziri oğlunun ABŞ-ın yeni prezidenti ilə dost olması bu klanın iqtidarda yüksəlişi,siyasi rolunun dirçəlişinə təkan verə bilər.

Ziya Məmmədovun vitse-prezidentliyə yolununaçıldığı bildirilir. Onun Tramp sayəsində hakimiyyətdə mövqelərini möhkəmləndirməsi və Bakı ilə Vaşinqton münasibətlərində vasitəçilik etməsi son dərəcə realdır və mümkündür.
ANAXEBER.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button