ÖLKƏ

Tramp öz tətbiqini yaradır

Loading...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünün sosial media tətbiqini yaradacağını bildirib. O, bir ilə yaxındır Twitter və Facebook sosial şəbəkələrindən kənarlaşdırılıb.

“Prezidentimiz susdurulub”

Trampın sosial media şəbəkəsi “TRUTH Social” (“Truth” ingiliscə “həqiqət” deməkdir) adlanacaq, noyabrda xüsusi qonaqlar üçün beta versiyası, gələn ilin əvvəlində isə bütün ölkə üzrə işə salınacaq. Xəbəri oktyabrın 20-də “Trump Media & Technology Group” (TMTG) yayıb.

Bəyanatda deyilir ki, “”TRUTH Social Twitter və Facebook kimi “Böyük Texnologiya şirkətlərinə meydan oxuyacaq”.

“Talibanın Twitter-də genişmiqyaslı iştirak etdiyi dünyada yaşayırıq, bizim sevimli Amerika Prezidentimiz isə susdurulub. Bu qəbuledilməzdir”, – Tramp media üçün açıqlamasında deyib.

Açıq səhmdar şirkəti

“TRUTH Social” TMTG və “Digital World Acquisition Corporation” tərəfindən birlikdə yaradılacaq, tənzimləyici orqanlar və səhmdarlar təsdiqləyərsə vahid açıq səhmdar şirkəti olacaq. TMTG sədri Tramp deyib ki, “TRUTH Social”ın missiyası hamıya yer ayırmaqdır.

Bu il yanvarın 6-da tərəfdarlarının Kapitoliyə basqınından sonra Twitter və Facebook Trampa qadağa qoyub. Tramp tərəfdarları Co Baydenin 3 noyabr seçkisindəki qələbəsinin təsdiqlənməsinə mane olmaq istəyirdilər. Sosial media platformaları qadağanı zorakılığın qızışdırılması riskilə izah ediblər.

O vaxtdan Tramp sosial mediaya qayıtmağın yollarını axtarıb. O, prezidentliyi dövründə sosial mediadan geniş istifadə edir, Twitter-də 88 milyondan çox izləyicisi ilə birbaşa ünsiyyət qururdu.

Kapitoliyə basqından sonra Tramp Instagram, YouTube və Snapchat-dən də uzaqlaşdırılıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button