Loading...
Loading...
ÖLKƏGündəm

Türkiyə və Ermənistan nümayəndələri yanvarda görüşəcəklər

danışıqlarda Ankaranı Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıc, Yerevanı isə Ermənistan Milli Məclisinin spiker müavini Ruben Rubinyan təmsil edir

Türkiyə və Ermənistanın iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrinin ilk görüşü artıq 2022-ci ilin yanvarında keçirilə bilər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu dekabrın 31-də 24TV telekanalına müsahibəsində verib:

“İndilik onların görüşünün tarixi razılaşdırılmayıb, amma görüşün yanvar ayında keçirilməsi gözlənilir”.

TürkiyəErmənistan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlarda Ankaranı Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıc, Yerevanı isə Ermənistan Milli Məclisinin spiker müavini Ruben Rubinyan təmsil edir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  Jitomir bombardumandan sonra - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button