2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Türkiyə-Azərbaycan-İran üçtərəfli görüşünün keçiriləcəyi xəbər verilir

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən illik konfransı əsnasında türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə görüşüb.

Bu barədə xəbəri İran XİN-in rəsmi internet səhifəsinə istinadən Mehr xəbər agentliyi yayıb.

Sentyarın 22-də gecə saatlarında keçirilmiş görüşdə iki nazir ölkələri arasındakı ikitərəfli əlaqələri və regional məsələləri, xüsusilə də Əfqanıstan və Suriyada yaranmış vəziyyəti müzakirə ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirlər habelə İran-Türkiyə Strateji Komitəsinin iclaslarının davam etdirilməsi barədə razılığa gəliblər.

Çavuşoğlu və Əmir Abdullahian Cənubu Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Onlar İran, Azərbaycan və Türkiyə arasında xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün keçiriləcəyini bəyan ediblər.

Bu görüşün dəqiq vaxtı bilinməsə də, onun Tehranda keçiriləcəyi razılaşdırılıb.

Türkiyə-İran Birgə Komissiyası

Əmir Abdullahian deyib ki, İranın yeni administrasiyası Türkiyə ilə strateji münasibətləri yüksək qiymətləndirir.

İran naziri bildirib ki, İran-Türkiyə Birgə Komissiyasının iclaslarında bundan sonra həmsədrlərdən biri də İranın birinci vitse-prezidenti olacaq.

Bu görüş zamanı Əmir Abdullahian habelə İran prezidenti İbrahim Rəisinin türkiyəli həmkarı Recep Tayyip Erdoğana rəsmi dəvətini Mevlut Çavuşoğulna təqdim edib.

Regional məsələlərə gəlincə, Əmir Abdullahian detallara varmadan bildirib ki, bölgədə yeni hadisələr baş verir və bu mənada Ankara və Tehran arasında müntəzəm məsləhətləşmələr indi həmişəkindən daha mühümdür.

Mevlüt Çavuşoğlu öz növbəsində İran-Türkiyə Birgə Komissiyasında sədarətin vitse-prezident səviyyəsinə qaldırılmasını alqışladığını bildirib.

Çavuşoğlu İrana qarşı sanksiyaları tənqid edib və bəyan edib ki, Tehran üzərindəki bütün birtərəfli sanksiyalar qaldırılmalıdır.

Xəbərdə deyilir ki, tərəflər habelə Türkiyə daxili işlər və ədliyyə nazirlərinin İrana səfərləri barədə razılığa gəliblər.

Bu səfərlər zamanı cinayətkar və şübhəlilərin qarşılıqlı ekstradisiyası məsələlərinin müzakirə olunacağı gözlənilir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button