2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Türkiyə İsraildəki səfirini geri çağırdı

Səbəb İsrailin atəşkəs çağırışlarına əməl etməməsidir

Türkiyə İsraildəki səfiri Şakir Özkanı geri çağırıb.

Bu barədə Türkiyə mediası Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilir ki, İsrail tərəfinin atəşkəs çağırışlarını qəbul etməməsi və mülki şəxslərə hücumlarını davam etdirməsi səbəbindən Türkiyənin Təl-Əvivdəki səfiri Şakir Özkan məsləhətləşmələr üçün Ankaraya çağırılıb.

Dünən Qazaxıstandan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində İsrailin Baş naziri Benyamin Netanyahu haqda sərt danışıb.

İsrailin çox səhv addım atdığını vurğulayan Ərdoğan deyib ki, Təl-Əviv bu qərarıyla əslində öz gələcəyini qaraldıb:

Bu, təkcə İsraili deyil, İsraildən kənardakı uzantılarını da narahat edən bir vəziyyətdir. İndi əsas məsələ bir addım geri çəkilib, dayanmaqdır”.

O indiki vəziyyətin yaranmasında bir nömrəli məsul şəxsin İsrailin Baş naziri Netanyahu olduğunu vurğulamışdı.

Yaxın Şərqdə nə baş verir?

2023-cü il oktyabrın 7-də HƏMAS gözlənilmədən İsrailə hücum edib.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü mayor Nir Dinar 7 oktyabrı 2001-ci ilin 11 sentyabrına bənzədib:

“Bu, bizim 11 sentyabr hadisəmizdir. Onlar bizi təəccübləndirdi və bir çox yerdən – həm havadan, həm yerdən, həm də dənizdən sürətlə gəldilər”.

HƏMAS-ın Livandakı nümayəndəsi Usamə Həmdan “Reuters”ə deyib ki, hücum fələstinlilərin İsrailin hərbi gücü və imkanlarından asılı olmayaraq məqsədlərinə çatmaq iradəsinə malik olduğunu göstərib.
Hazırda Qəzza bölgəsində müharibə davam edir.

Hər iki tərəfdən xeyli sayda insan itkisi və dağıntıların olduğu bildirilir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button