2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Türkiyə Suriya məsələsində Rusiyanın təsiri altına düşüb”

Qabil Hüseynli: “Ankaranın xeyli xətt dəyişdirdiyi ortadadır”

Politoloq Qabil Hüseynli 24saat.org-a açıqlamasında Türkiyənin Suriya siyasəti ilə bağlı narahatlığını dilə gətirib. Ekspertin sözlərinə görə, Türkiyə bu məsələdə müəyyən qədər Rusiyanın təsiri altına düşüb. Hansı ki, bunu görmək o qədər də çətin deyil:

“Son vaxtlar Türkiyə beynəlxalq mövqelərini müəyyən qədər zəiflədib. Rusiya və İranla bir qatarda getdiyi vaxtda qardaş dövlətin beynəlxalq mövqeləri güclənmir, əksinə zəifləyir. Bu isə şübhəsiz ki, narahatlıq doğuran məsələdir.

Saytların yığılması Saytlarin yigilmasi

Digər bir məqam isə ondan ibarətdir ki, Türkiyə Suriya məsələsində xeyli xətt dəyişib və xeyli dərəcədə Rusiyanın təsiri altına düşüb. Bunu görmək çətin deyil. Bunun özü də narahatlıq doğuran məsələdir.

Hesab edirəm ki, Türkiyə Suriyadakı məsələlərdə daha diqqətli olmalı, yüksək ehtiyatlılıq sərgiləməlidir. Beynəlxalq nüfuzunu artırmaq və Qərblə münasibətlərini inkişaf etdirmək zərurətini də unutmamalıdır”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button