2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Türkiyə Yüksək Seçim Kurulunun nümayəndə heyəti Şuşa şəhəri ilə tanış olub

Türkiyə Respublikasının Yüksək Seçim Kurulunun (YSK) sədri Ahmet Yenerin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Qarabağın incisi, ölkəmizin tarixinin və mədəniyyətinin simvolu olan Şuşa şəhərini ziyarət edib. MSK sədri Məzahir Pənahov və Komissiya üzvlərinin də qatıldıqları səfər çərçivəsində qonaqlar Şuşa şəhəri ilə ətraflı tanış olublar.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” AZƏRTAC-a isinadən xəbər verir ki, nümayəndə heyətinin Azərbaycan mədəniyyətinin paytaxtı ilə tanışlığı Xurşidbanu Natəvanın evi və Xan qızı bulağı olan ərazidən, qala divarlarından başlayıb. Onlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda aparılan quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala divarları da işğal dövründə erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Qonaqlar Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə də baş çəkiblər. Bildirilib ki, kompleks Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın ərazidə – dahi şairin məzarı üzərində inşa edilib. 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası da erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra məqbərə təmir və bərpa olunaraq Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Türkiyə Yüksək Seçim Kurulunun nümayəndə heyəti Cıdır düzündə də olub, oradan açılan gözəl mənzərəni seyr edib. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi zamanı qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları, qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, yenə də möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.

Yuxarı Gövhər Ağa məscidini ziyarət edən qonaqlar Vətən uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərə rəhmət diləyib, ruhlarına dualar oxuyublar.

Türkiyənin Yüksək Seçim Kurulu sədri Ahmet Yener AZƏRTAC-a müsahibəsində deyib: “Şuşanı görməkdən, Türk dünyasının mədəniyyət paytaxtında olmaqdan son dərəcə məmnunuq. Şuşanın inşasına başlanmasını görmək bizi sevindirir. Şuşada keçmişlə gələcəyin birlikdə inşa edildiyinin şahidi olduq. Türk dünyasının yeni xoşbəxt günlərinin başlanğıcını görmək və bu həyəcanı yaşamaq olduqca sevindiricidir. İnşallah, inşaat işləri yekunlaşanda, Şuşa əvvəlki günlərinə döndüyündə yenidən gəlib ziyarət edərik. Biz 44 günlük müharibədə Azərbaycan Ordusunun və xalqının nə qədər çətinliklərə sinə gərməklə mübarizə apardığını gördük. Şuşa var olsun! Qarabağ var olsun! Azərbaycan var olsun!”.

MSK sədri Məzahir Pənahov: “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Azərbaycan tarixinin ən böyük Qələbəsini qazanıb. Bu gün Şuşada aparılan tikinti-quraşdırma işlərinin miqyası böyük təsir bağışlayır. İnanıram ki, qısa müddətdən sonra Şuşa şəhəri, ümumilikdə Qarabağ Azərbaycanın ən gözəl, ən çiçəklənən bölgəsi olacaqdır. Bu Qələbəni bizə qazandıran Ali Baş Komandana minnətdarlığımı bildirir, qazilərə cansağlığı, şəhidlərə rəhmət diləyirəm”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button