2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Türkiyə Zəngəzur dəhlizinin 2029-cu ilə qədər yaradılacağına ümid edir

Türkiyə 2029-cu ilə qədər Zəngəzur dəhlizinin yaradılması layihəsinin həyata keçirilməsinə ümid edir.

APA xəbər verir ki, bunu “İnterfaks“ açıqlamasında ölkənin nəqliyyat və infrastruktur naziri Əbdulkadir Uraloğlu bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin Bakıdan başlayaraq Horadizə qədər olan Azərbaycan hissəsi tamamlanmaq üzrədir. 

Saytların yığılması Saytlarin yigilmasi

“Dəhlizin Türkiyə hissəsinin uzunluğu 224 km-dir. Ümumilikdə bu dəhlizin yaradılması prosesi 5 il çəkəcək. Yəni, düşünürəm ki, 2028-ci ildə biz bütün işləri tam başa çatdıracağıq” – nazir qeyd edib.

O əlavə edib ki, Ermənistan ərazisindən keçən hissə istisna olmaqla, Horadizdən Ordubada qədər olan hissədə tikinti işləri davam edir. Naxçıvan Muxtar Respublikasını Türkiyə ilə birləşdirən 100 km-ə yaxın mövcud yolun yenidən qurulması tələb olunacaq. Onun davamı İğdır-Qars dəmir yolu olacaq. Bu dəmir yolu xətti üzrə artıq tender prosedurları aparılıb və tikintisinə bu il başlanacaq.

Zəngəzur dəhlizi ilə bağlı Yerevanın mövqeyinə toxunan Əbdulkadir Uraloğlu vurğulayıb ki, belə bir təşəbbüs ilk dəfə irəli sürüləndə onun faydasından danışılsa da Ermənistan tərəfi mənfi reaksiya verib:

“Lakin bu yaxınlarda Paşinyan bu dəhlizlə bağlı müsbət mesajlar səsləndirib. Zəngəzur dəhlizinin Ermənistan hissəsinin uzunluğu təqribən 43 km-dir. dəhlizin tam başa çatdırılmış hesab edilməsi üçün onlar planlaşdırma və tenderləri həyata keçirməlidirlər. Beləliklə, Türkiyə türk dünyası və Orta Asiya ölkələrinə birbaşa və asan çıxış əldə edəcək”. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button