2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Türkiyəli ekspert: “Azərbaycana hər hansı bir həmlə etmək istəyən ölkə qarşısında Türkiyənin olduğunu bilməlidir” 

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana ziyarətində ilk olaraq Bakıdakı Şəhidlər Xiyabanını ziyarət edərək dünyaya bu ismarışı verdi – Azərbaycan uğrunda canlarını fəda edən şəhidlər bizim şəhidlərimizdir. Azərbaycana hər hansı bir həmlə etmək istəyən ölkə qarşısında Türkiyənin olduğunu bilməlidir, eləcə də əksinə”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”un Türkiyə bürosuna Yıldız Teknik Universitetinin müəllimi, iqtisadçı professor Cemal Zehir bildirib.

C.Zehir deyib ki, Azərbaycanla Türkiyə strateji müttəfiqdir və hərbi birliyi sonsuza qədər davam edəcək: “Cənab Ərdoğanın Azərbaycana son dövlət səfərinin bir açması da bu idi: Azərbaycan dövlətinin və xalqının bütün istəkləri, gözləntiləri eyni zamanda Türkiyə dövlətinin və xalqının gözləntiləridir. Azərbaycan və Türkiyəni birləşdirən bir dəyər də var – hər iki ölkə regionda sülhün hakim olmasını istəyir”.

O, Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Prezident seçildikdən sonra ilk səfərini Şimali Kipr və Azərbaycana etməsinin səbəbini belə açıqlayıb: “Cənab Ərdoğanın xalqının iradəsi ilə növbəti dəfə dövlətimizin başçısı seçildikdən sonra ilk ziyarətini Şimali Kipr Türk Respublikası və Azərbaycana etməsi bu iki respublikanın Türkiyəyə ən yaxın olması ilə əlaqədardır. Azərbaycan və Kipr türkləri Türkiyə türkləri ilə eyni soydan, eyni qandandır. Biz “Kıbrıs bizim qanımız, fəda olsun canımız” deyərək Kıbrıs Barış Hərəkatını etdik, çünki Kipr tarix boyu türk torpaqları olub, türklər öz torpağına sahib olmalı idi və oldu. Eləcə də “Qarabağ Azərbaycandır, türk yurdudur” mesajını bütün dünyaya qəbul etdirdik. Prezidentimizin ikinci ziyarətini etdiyi Azərbaycan bizim ədəbiyyatımızda “Can Azərbaycan” olaraq qeyd edilir. Azərbaycanın mərhum Prezidenti, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, biz “Bir millət, iki dövlətik”. Bu müdrik deyim hər dəfə özünü təsdiqlədikcə, birliyimiz daha da möhkəmlənir və bütün dünyaya ən gözəl nümunə olur”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button