2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Türkiyəli hərbi ekspert: “Azərbaycan FETÖ təhlükəsinə qarşı ən qətiyyətli mübarizə aparan ölkələrdəndir”

“FETÖ yaradacağı təhlükəyə qarşı ən tədbirli davranan, qətiyyətli mübarizə aparan ölkələrdən biri də Azərbaycandır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyə Strateji Düşüncə İnstitutunun (SDİ) rəhbəri, ehtiyatda olan general-mayor, dosent Güray Alpar bildirib.

Ekspert deyib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin yerləşdiyi coğrafiya FETÖ terror təşkilatının ən fəal olduğu yerlərdən olub və bu təşkilatla mübarizədə Azərbaycan əvvəldən Türkiyə ilə koordinasiyalı işləyir:

“Azərbaycanda həyata keçirilən son əməliyyatlardan sonra FETÖ-nün hələ də varlığını qoruyub saxlamağa, aktiv olmağa çalışdığı məlum olur. Amma Azərbaycan da bu qurumun öz ölkəsində fəaliyyətinə imkan vermir, qarşısını alır. Bu baxımdan Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən bir sıra şəxslərin saxlanılması bu təşkilatla bağlı bir daha tədbirli olmanın vacibliyini ortaya çıxardı”.

General-mayor Türkiyə Prezidenti Rəcəb Tayyb Ərdoğanın bir neçə gün əvvəl Polis Akademiyasının buraxılış mərasimindəki çıxışını xatırladaraq qeyd edib ki, dövlət başçısı FETÖ ilə mübarizədə mühüm ismarışlar verib: “Ərdoğan dedi ki, bu təşkilata qarşı mübarizədə cüzi zəiflik belə çox pis nəticələrə gətirib çıxara bilər, bir daha oxşar xəyanətlərə məruz qalmamaq üçün ayıq-sayıq olmalı, qabaqlayıcı tədbirlər görməliyik. FETÖ-nün dövlətimizdəki genişlənməsinin əhəmiyyətli bir hissəsinin qarşısı alınsa da, bu təşkilat “xüsusi ərazilər” kimi xarakterizə etdiyi və ən gizli missiyalarını həyata keçirdiyi silahlı qüvvələr, təhlükəsizlik və hüquq-mühafizə orqanları, kəşfiyyat strukturu, ədliyyə mexanizmi, təhsil müəssisələri, mətbuat və sair kimi mühüm sahələr hər zaman nəzarətdə saxlanılmalıdır”.

Hərbi ekspert vurğulayıb ki, FETÖ ilə bağlı aparılan araşdırmalar, həbs olunanların etirafları istiqamətində Türkiyə kəşfiyyatı mühüm sənədləri deşifrə edib və əldə edilən məlumatlar əsasında son vaxtlar Türkiyədə genişmiqyaslı əməliyyatlar həyata keçirilib: “Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın verdiyi məlumata görə, son 2 ayda bu çərçivədə 905 əməliyyat keçirilib və 1 400-ə yaxın şəxs saxlanılıb. Onlardan 212-si həbs edilib, 261-i barəsində isə məhkəmə nəzarəti təyin edilib. Ölkə daxilində bu əməliyyatların yaxın günlərdə də davam edəcəyi bildirilir”.

FETÖ terror təşkilatının təkcə Türkiyədə deyil, Amerika, Afrika, Avropa və Asiyada da təşkilatlanaraq fəaliyyətlər həyata keçirdiyini vurğulayan SDİ rəhbəri deyib ki, ölkəsi bu terror təşkilatının fəaliyyəti və strukturu ilə bağlı həm hüquqi, həm də diplomatik sahədə fəal mübarizə aparır:

“Türkiyə ilə əməkdaşlıq edən bəzi ölkələr təhlükənin böyüklüyünü dərk edərək bu təşkilatın fəaliyyətinə imkan vermədiyi halda, bəzi ölkələr hələ bu təhlükənin fərqində deyillər. Ona görə də hesab edirik ki, bu sahədə geniş əməkdaşlıq lazımdır. Bu baxımdan Azərbaycan Türkiyə ilə ən fəal əməkdaşlıq edən ölkədir. Azərbaycanın güclü dövlət strukturu var və təhlükələri aradan qaldırmaqda son dərəcə qətiyyətlidir. Bu kontekstdə hər cür terror təhdidinə qarşı Türkiyə və Azərbaycanın kəşfiyyat, təhlükəsizlik, polis qurumları arasında əməkdaşlıq və koordinasiyanın son dərəcə əhəmiyyətli olduğu açıq şəkildə görünür“.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button