2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Türkiyəli millət vəkili: “Ərdoğanın Azərbaycana rəsmi səfəri türk dünyası üçün həyati əhəmiyyət kəsb edir”

“Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ənənəvi olaraq növbəti dəfə prezident seçildikdən sonra ilk xarici səfərlərini Şimali Kipr Türk Respublikasına və Azərbaycana etməsi hər iki ölkə, Türkiyə və türk dünyası üçün həyati əhəmiyyət kəsb edir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından (MHP) millət vəkili seçilmiş, MHP-nin Türk Dünyası və Beynəlxalq Əlaqələr üzrə sədr müavini Kamil Aydın bildirib.

Millət vəkili deyib ki, Türkiyə Prezidentinin rəsmi səfəri çərçivəsində Azərbaycan dövlət başçısı ilə təkbətək və heyətlərarası görüşlərdən əldə olunan razılaşmalar hər iki liderin həmrəyliyinin nümunəsidir. Və bu nümunə Azərbaycanla Türkiyənin dövlət və ictimaiyyətlərində, eləcə də türk dünyasında müsbət əksini tapır:

“Görüşlərin nəticəsi, iki ölkə liderlərinin bəyanatları dünyaya ümumi mesajlar verdi ki, bizim qardaşlıq bağlarımız nə qədər möhkəmdir. Gələcək nəsillərin eyni milli ruhda yetişdirilməsində mühüm addımlardan biri olan Türkiyə-Azərbaycan Universitetinin yaradılması, enerji sahəsində əldə olunan razılaşmalar, xüsusilə, Zəngəzur dəhlizi mövzusu, quru və dəmir yolu ilə əlaqələrin genişləndirilməsi, müdafiə sənayesində ortaq mexanizmin yaradılması, əkinçilik və heyvandarlıq fəaliyyətlərində biznesin qurulması, bu sahələrdə əməkdaşlıqların daha da güclənəcəyindən xəbər verir”.

Millət vəkili Azərbaycanla Türkiyənin öz bölgələrində güclü, yolgöstərən, yenilikçi olması ilə bütün dünyaya sülh, əmin-amanlıq gətirəcəyinə inandığını vurğulayıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button