2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Türkiyəli professor: “Qarabağ zəfəri türk dünyasında çox həlledici rol oynadı”

“Qarabağ zəfəri türk dünyasında, Türk Dövlətləri Təşkilatına gedən yolda çox həlledici rol oynadı”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un Ankara bürosunun xəbərinə görə, bunu Ankarada Türk Ocaqlarının keçirdiyi “Türkiyənin yüz ili” adlı konfransında çıxış edən Türkiyə Milli Müdafiə Universitetinin hərbi fakültəsinin dekanı, professor İbrahim Ethem Atnur bildirib.

Professor deyib ki, Türkiyənin Azərbaycanla əlaqələri digər türk dövlətləri ilə müqayisədə xüsusi qiymətləndirilməlidir, çünki bu iki qardaş ölkənin müttəfiqliyi türk dünyasındakı ümumi əlaqələrin inkişafına olduqca müsbət təsir edir:

“Qarabağ zəfərindən sonra keçən il Türkiyə-Azərbaycan-Özbəkistan Trans-Xəzər Nəqliyyat dəhlizi yaradılıb, yaxud Azərbaycan-Türkmənistan arasında həm nəqliyyat, həm də qaz ixracında əməkdaşlıq genişləndi. Təbii ki, Türkiyənin Azərbaycana həm hərbi kadrların yetişdirilməsində, həm də digər sahələrdə mühüm dəstəyi Orta Asiyadakı türk dövlətlərində bir canlanma yaradıb.

Məhz Qarabağ zəfərindən sonra Türk Şurası Türk Dövlətləri Təşkilatı adı altında daha güclü bir ittifaq halına gəlib. Biz hazırda Türkiyənin hərbi məktəblərində Qazaxıstan və Qırğızıstandan olan tələbələri yetişdiririk. Özbəklərin də təhsil almaq üçün təşəbbüsləri var. Bundan başqa, Türkmənistan, Özbəkistan, Qazaxıstan artıq Türkiyə istehsalı olan silahlardan istifadə etməyə başlayıb. Bütün bunlar münasibətlərimizi müttəfiqlik halına gətirir“.

İbrahim Ethem Atnur onu da qeyd edib ki, bu münasibətlərin tarixi XIX əsrin sonlarında, XX əsrin əvvəllərinə gedib çıxır və o zaman xüsusilə Azərbaycanla Türkiyə arasında yaranan qardaşlıq əlaqələri Türk Ocaqlarının, Turançılıq ideyalarının formalaşmasına və yayılmasına səbəb olub:

“Sovet İttifaqının zamanında bu əlaqələr donsa da, sonradan yenidən vüsət alıb. Hərçənd, Türkiyə Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana kifayət qədər dəstək verə bilmədi. O zamanı yaxşı xatırlayıram. Bu, Türkiyənin özünün iqtisadi vəziyyətinin ağır olması ilə bağlı deyildi, məncə bir baxış məsələsi idi. Çünki, Atatürk Azərbaycana, Kazım Kara Bekir Paşa Naxçıvana çox ciddi dəstək verdikləri zamanlarda Türkiyə öz çox ağır günlər yaşayırdı. Yəni bu münasibətlərin tarixi var”.

Sovet İttifaqı dağıldıqdan sonra Türkiyənin türk dünyasına iqtisadi baxımdan dəstək verdiyini də xatırladan professor bildirib ki, bunu daha da təkminlləşdirmək üçün çatışmzalıqları aradan qaldırmağa ehtiyac var:

“Türkiyə Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycana da, Orta Asiyaya da müəyyən maliyyələr ayırdı, amma bu maliyyələr hansı təyinat üzrə xərcləndi? Təəssüf ki, nəzarətdə saxlanmadı. Məsələn, Türkiyənin də büdcəsinin yüksək məbləğdə olmadığı vaxtlarda banklar vasitəsilə kreditlər verildi. Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə iş üzrə Baş İdarəsi (YTB) türk dünyasından olan çox sayda tələbəyə təqaüd verir. Bu çox yaxşı haldır.

Amma bu cür fəaliyyətləri daha da genişləndirmək olar. Yunus Əmrə Institutunun bu coğrafiyada çox önəmli xidmətləri var. Əlifba, təhsil, hərbi, hüquq və digər sahələrdə də birgə fəaliyyətlərimiz məsələləri aktualdır. Tam qüsursuz fəaliyyətlərin olması, vaxtilə yaşanan çatışmazlıqların bir daha yaşanmaması üçün bu məsələlərin nəzarətdə saxlanması da vacibdir. Bu mənada Türkiyə-Azərbaycan Universitetindən də müsbət gözləntilərimiz var. Zəngəzur dəhlizinin açılması isə türk dünyası üçün çox mühüm töhfə olacaq”

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button