2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Türkiyənin baş konsulu: “Naxçıvan türk dünyasının bir araya gəlməsində önəmli rol oynayacaq”

“Naxçıvan türk dünyasının bir araya gəlməsində önəmli rol oynayacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un yerli bürosu xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya deyib.

O qeyd edib ki, Türkiyə və Azərbaycan tarix boyu bir-birinə dəstək olublar:

“Bunun ən böyük örnəyinə Qarabağ müharibəsində və Türkiyədə baş vermiş zəlzələ zamanı şahid olduq. Sevincdə və kədərdə birlikdə olmağın qürurunu yaşayırıq. Türkiyənin güclənməsi Azərbaycanın da güclənməsi deməkdir. Bizim 100-cü ildönümümüz eyni zamanda Azərbaycanın da 100-cü ildönümüdür. İnşallah bu yüzillik türk dünyası əsri olacaq. Türkiyə və Azərbaycanın rəhbərliyində bütün türk dünyası bir araya gələrək böyük birlik yaradacaq. Bunun yolu isə Naxçıvandan keçir”.

Diplomatın sözlərinə görə, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan və Türkiyə bir-birinə qovuşacaq: “Türk dünyası yenidən dirçələcək. Buna ürəkdən inanırıq. Naxçıvan bu mənada çox önəmli rol oynayacaq. Naxçıvanın gələcəyi çox parlaqdır”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button