2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Türkiyənin vitse-prezidenti: “Can qardaşımız Azərbaycanla əməkdaşlığımızı hər sahədə inkişaf etdirəcəyik”

“Can qardaşımız Azərbaycanla əməkdaşlığımızı hər sahədə inkişaf etdirəcəyik”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdən sonra tviterdəki hesabında yazıb.

“Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu və onu müşayiət edən nümayəndə heyətini Prezident Kompleksində qəbul etdik.

Can qardaşımız və can dostumuz Azərbaycanla əməkdaşlığımızı bundan sonra da hər sahədə inkişaf etdirəcəyik.

Bu münasibətlə bütün azərbaycanlı qardaşlarıma salamlarımı və sevgilərimi çatdırıram”, – Türkiyənin vitse-prezidenti vurğulayıb.

Qeyd edək ki, görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadiyyat və enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanlarını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib. Görüşdə dövlət başçılarının səyləri nəticəsində bu gün ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı qeyd edilib, uğurlu əməkdaşlığın regional inkişafa, stabilliyə və təhlükəsizliyə, o cümlədən bütün türk dünyasına böyük töhfələr verən mühüm faktora çevrildiyi vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz enerji, nəqliyyat, sənaye, investisiya, sahibkarlıq, maliyyə, innovsiyalar, rəqəmsallaşma və digər səhələrdə uğurla əməkdaşlıq edir.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button