2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Türkiyənin yeni bir Abdullah Çatlıya ehtiyacı var”

 

Qabil Hüseynli: “PKK və ona yardım edənləri cəzalandırmaq üçün xüsusi tim düzəldilməlidir”

Politoloq Qabil Hüseynli 24saat.org-a açıqlamasında PKK terror təşkilatına qarşı daha effektiv mübarizə aparmağın yolları ilə bağlı maraqlı fikirlər səsləndirib. Terrorçuların günbəgün daha da azğınlaşdığına diqqət çəkən Q.Hüseynli, onları cəzalandırmaq üçün xüsusi tim yaratmağın zəruri olduğunu vurğulayıb:

Saytların yığılması Saytlarin yigilmasi

“PKK-ya yardım edən şəxslərə qarşı amansız olmaq lazımdır. Biri onları evində gizlədir, digəri qaçmaq üçün yol göstərir və s. Hesab edirəm ki, Türkiyədə xüsusi bir tim, xüsusi bir dəstə düzəldilməlidir. Bu tim PKK və digər terrorçu qruplara yardım göstərən şəxslərin cəzalandırılmasını təmin etməlidir. Tansu Çillərin dönəmində belə bir dəstə yaradılmışdı. Düzdür, hökumət belə qeyri-qanuni üsullara getməkdə çətinlik çəkə bilər. Lakin məxfi surətdə belə bir timin düzəldilməsinə ehtiyac var. Abdullah Çatlı ülkücü idi və o, ölkənin müxtəlif yerlərində PKK-ya yardım edən, onun tərəfini saxlayan iş adamlarına, qüvvələrə qarşı fəal mübarizə aparırdı. İndi də Türkiyə cəmiyyəti bir olub ölkəni qana bulayan adamlara öz gücünü göstərməlidir”.

Seymur Əliyev

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button