Loading...
Loading...
Texnologiya

Twitter səhmdarları Elon Musk-ı və Twitter-in özünü məhkəməyə veriblər

    Məlum olub ki, Twitter səhmdarları Elon Musk-ı və Twitter-in özünü məhkəməyə veriblər. Bu üsul ilə onlar Twitter-in Musk-a satılması üzrə müqavilə prosesinin xaotik getməsinə narazılıqlarını bildiriblər. Belə ki, sözügedən müqavilə səbəbilə Twitter səhmlərinin dəyəri aşağı düşüb. Məlumata əsasən səhmdarların qaldırmış olduqları kollektiv məhkəmə iddiasında Musk Kaliforniyanın ştatının korporativ qanunvericiliyinin bəzi maddələrinin pozulmasında və fond bazarının manipulyasiyasında günahlandırılır. Kaliforniyanın korporativ qanunvericilik pozuntularından birinə əsasən Musk güman edilən mənfəətin əldə edilməsi yolunda Twitter-dəki payı və şirkətin alınması üzrə planları barədə məlumatları zamansız verib.

    Bundan əlavə olaraq məhkəmə iddiasında qeyd edilib ki, Musk Twitter-in keçmiş CEO-su Jack Dorsey və Twitter-in direktorlar şurasına daxil olan Egon Durban (Solver Lake Partners investisiya şirkətinin rəhbərlərindən biri) tərəfindən əldə edilmiş insayder məlumatları əsasında sosial şəbəkənin səhmlərini almağa başlayıb. Məhkəmə iddiasını qaldırmış şəxslər hesab edirlər ki, Musk sosial şəbəkədə real istifadəçi sayının təyin olunmasını səbəb gətirərək Twitter-in alışını dayandırmaqla Kaliforniya ştatının qanunlarını pozub. Məlumata əsasən Twitter ilə Musk arasındakı müqavilə prosesinin startından sonra sosial şəbəkənin səhmlərinin dəyəri 12%, Tesla şirkətinin səhmlərinin dəyəri isə 28% aşağı düşüb. 

24 saat” “Twitter səhmdarları Elon Musk-ı və Twitter-in özünü məhkəməyə veriblər” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Voyager kosmik aparatları insan sivilizasiyasını 'ölümsüzləşdirə' bilərlər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button