2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“Üçüncü devalvasiya və qiymət artmı qaçılmazdır”

Səxavət Əlisoy: “Fəqət kütləvi etirazların olacağı inandırıcı görünmür”

Son günlər ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin kəskin bahalaşması müşahidə edilməkdədir. Narahatlıq doğuran digər bir məqam isə qiymət artımının referendumdan sonra daha da artacağı  ilə bağlı ölkə mediassında yer alan xəbərlərdir.

Maraqlıdır, referendumdan sonra yeni bir qiymət artımının baş verməsi mümkündürmü? Bu qiymət artımı, insanların sosial vəziyyətinin daha da ağırlaşması xalqı hərəkətə keçirə, kütləvi etirazlara sövq edə bilərmi?

Saytların yığılması Saytlarin yigilmasi

Bununla bağlıModerator.az-a açıqlama verən ADR sədrinin müavini Səxavət Əlisoy qiymət artımından qaçmağın mümkünsüz olduğunu vurğuladı:

“Birincisi, referendum olmasa belə, qiymət artımı qaçılmazdır. Çünki manatın arxasında dayanmış neft ucuzlaşıb. Milyardlar sərf edib manatın kursunu bir müddət sabit saxladılar. Bu anormal hal mütləq iflasa uğramalı idi. Uğradı da. Start verilmiş iqtisadi islahatların hələ ki, ciddi bir nəticəsi görünmür. Monopoliyaya ciddi zərbə vurmaq mümkün olmadı. 3-cü devalvasiya qaçılmazdır və təbii ki bundan sonra əhalinin maddi durumu kifayət qədər pisləşəcək. Və ağır maddi durumuna rəğmən əhalinin etirazları səslənəcək, intihara cəhdlər ola bilər və sair. Fəqət kütləvi etirazların olacağı inandırıcı görünmür. Bir tərəfdən qorxu faktoru, digər tərəfdən iqtidarın atacağı bəzi “humanist” addımlar ( məsələn, çörəyin və bəzi ərzaq məhsullarının qiymətinin artımına imkan verilməyəcək) qiymət artımını yaddan çıxaracaq. Faktiki olaraq müxalifət iflic vəziyyətdə olduğu üçün qiymət artımı ciddi etiraz aksiyaları ilə qarışılıq görməyəcək və 5-10 günlük xəfif ajiotajdan sonra həyat yenə öz qaydası ilə davam edəcək.

Bu pessimizm əlaməti deyil. Reallığı etiraf etməkdir

Psixoloji aspektdən içində qorxu gəzdirən, qorxu ilə yatıb-qalxanın etiraz hissi öləziyir. Bundan xilas olmaq üçün müəyyən zaman kəsiminə ehtiyac duyulur. Əgər ölkədə ciddi müxalif qüvvə olsaydı, tam başqa mənzərənin şahidi olardıq. Təəssüf ki, o qüvvə yoxdu”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button