2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Uçuş zolağında olan təyyarələrə ziyan dəyib… Rusiya aviabazasına hücum

2023-08-31 10:25:08

class=”mediyanet-inline-adv”>

Ukrayna 4 saatdan çox davam edən hücumlarla Rusiya ərazisindəki 6 bölgəni hədəf aldı. Ukrayna ordusu sərhədə yaxın Bryansk vilayətində və Moskva ətrafındakı hədəfləri kamikadze dronlarla vurub. Rusiya Müdafiə Nazirliyi Bryansk vilayətində 3, Oryol vilayətində 1, Kaluqa vilayətində 1, Ryazan vilayətində 2 və Moskva vilayətində 1 Ukrayna pilotsuz təyyarəsinin hava hücumundan müdafiə sistemləri ilə məhv edildiyini açıqlayıb. Hücumlara görə Moskvanın üç böyük hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

4 TƏYYARƏYƏ ZƏDƏ OLDU

Ən böyük pilotsuz təyyarə hücumu Ukrayna sərhədindən 800 kilometr aralıda yerləşən Pskov vilayətindəki aviabazaya edilib. Rusiyanın TASS dövlət xəbər agentliyi hücumun böyük yanğına səbəb olduğunu və sovet istehsalı olan dörd İl-78 ağır nəqliyyat təyyarəsinin zədələndiyini bildirib. Hava limanına hücumun 20 pilotsuz təyyarə ilə edildiyi iddia edilərkən, hücumu zenit atəşi ilə dəf etməyə çalışıldığı anlar sosial mediada paylaşılıb. Yanan ərazinin neft çənləri olduğu iddia edilib. Ukrayna hakimiyyəti hücumlara görə məsuliyyəti rəsmi olaraq üzərinə götürməsə də, Pskov vilayətinin qubernatoru Mixail Vedernikov insan itkisinin olmadığını açıqlayıb.

class=”mediyanet-inline-adv”>

RUSİYA: 50 UKRAYNA ƏSGƏRİ QARA DƏNİZDƏ ÖLÜB

Ukraynanın intensiv pilotsuz təyyarə hücumlarından dərhal sonra Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukraynaya məxsus 4 hücum gəmisini vurduğunu açıqlayıb. Nazirlik, Ukraynanın Qara dənizdəki xüsusi əməliyyatlarında iştirak edən 50 əsgərin olduğu 4 hərbi gəmini hava hücumu ilə batırdıqlarını iddia edib. Qayıqların Qara dənizin hansı bölgəsini hədəf aldıqları barədə ətraflı məlumat verilməyib.

Digər tərəfdən Ukraynanın paytaxtı Kiyev gecə boyu Rusiya raket və pilotsuz təyyarələrinin hücumlarına məruz qalıb. Bunun bahardan bəri ən böyük hücum olduğunu bildirən Kiyev Hərbi İdarəsinin rəisi Serhiy Popko şəhərin İran istehsalı olan Şəhid pilotsuz təyyarələri və raketlərlə vurulduğunu və hücumlarda 2 nəfərin öldüyünü açıqlayıb.

XARİCİ İŞLƏR NAZİRİ FİDAN RUSİYADADIR

class=”mediyanet-inline-adv”>

Xarici işlər naziri Hakan Fidan iki günlük işgüzar səfər çərçivəsində Rusiyadadır. Nazirlikdən verilən açıqlamada Fidanın ikitərəfli əlaqələr, regional və qlobal hadisələrlə bağlı məsləhətləşmələr aparacağı bildirilib. Danışıqlar zamanı Rusiyanın bu yaxınlarda çıxdığı taxıl dəhlizi sazişinin müzakirə ediləcəyi gözlənilir. Fidanın təmasları prezident Tayyib Ərdoğanın Soçiyə gözlənilən səfərinə hazırlıq xarakteri daşıyır.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button