2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Uğurlu “Günnüt” əməliyyatından 5 il ötür

Uğurlu “Günnüt əməliyyatı”nın başlanmasından 5 il keçir

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xatırladır ki, 2018-ci il mayın 20-də başlayan əməliyyatla Naxçıvan Muxtar Respublikasının minlərkə hektar ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçib.

Bununla da, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələnib, qarşıya qoyulan məqsədə nail olunub.

Əməliyyat nəticəsində “Qızılqaya” və “Qaraqaya” dağlarında, Dərələyəz mahalının Arpa kəndində və Mehridərə vadisində düşmən fəaliyyəti tam olaraq nəzarət altına götürülüb.

Ümumilikdə 11 min hektara yaxın ərazinin, həmçinin dəniz səviyyəsindən 1 683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin azad edilməsi ilə düşmən ərazisindən keçən İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna birbaşa nəzarət etmək imkanı yaranıb.

Əməliyyat zamanı düşmənin bir neçə əsgəri məhv edilib.

Qeyd edək ki, Günnüt əməliyyatı 2018-ci ilin mayın 27-də başa çatıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button