2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ukrayanadan ermənilərə ağır zərbə, Azərbaycana dəstək –Politoloqdan AŞPA-da qəbul olunan qətnaməyə şərh

“Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Volodimir Aryev hazırladığı “Avropada jurnalistlərə və mətbuat azadlığına qarşı hücumlar” adlı hesabatında qeyd edib ki, Gürcüstan və Moldovanın separatçı əraziləri ilə yanaşı, Azərbaycanın Dağlıq Qarabağ ərazisi separatçı qüvvələrin nəzarətində olduğundan burada mətbuatın vəziyyətinin qiymətləndirilməsi mümkünsüzdür”. 

Strateq.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, hesabatın səs çoxluğu ilə qəbulundan çox ukraynalı deputatın AŞPA-dakı erməni nümayəndə heyəti ilə apardığı mübarizə təqdirəlayiqdir:

Saytların yığılması Saytlarin yigilmasi

“Ermənilər Dağlıq Qarabağla bəndin hesabatdan çıxarılmasına çalışsalar da, heç nəyə nail ola bilməyiblər, bunu bacarmadıqda çıxışlarında Volodimir Aryevi qaralamağa, onun şəxsiyyətini alçatmağa çalşıblar. Ancaq Volodimir Aryev nəinki hesabatın qəbuluna nail olub, üstəlik səsvermədən bir gün əvvəl erməni heyətin onu öz tərəflərinə çəkmək üçün konyak qonaqlığına şirniklədirməyə çalışdıqlarını bildirib. Ancaq ukraynalı deputat konyaka aldanmayıb. 

Beləliklə, haqqında çox danışılan “kürü diplomatiyası”na biri də əlavə olundu – “Konyak diplomatiyası”. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və deputatlarımız bu hadisədən sonra qurumda Ukraynanın Krım və Donbasla bağlı məsələlərinə həssas yanaşmalı, dostlarımıza birmənalı dəstək verməlidirlər”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button