2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ukrayna infrastrukturuna kütləvi hücumlardan sonra ABŞ Kiyevə əlavə yardım hazırlayır

Çərşənbə günü ABŞ bildirib ki, Ukraynaya yeni Amerika silahları gəlmədən əvvəl Rusiya hücumu gücləndirdiyi üçün Ukraynaya əlavə maliyyə paketləri üzərində “işləyir”.

Dünən Rusiya qüvvələri Ukraynanın mühüm enerji infrastrukturuna kütləvi hücum edib.

Brifinq zamanı Turan-ın “Vaşinqton Ukraynaya hərbi yardım təchizatını sürətləndirəcəkmi?” sualına Dövlət Departamentinin nümayəndəsi Metyu Miller cavab verib ki, bunu “gözləmək olar”.

Saytların yığılması Saytlarin yigilmasi

Altıaylıq siyasi mübahisələrdən və gecikmələrdən sonra bu yaxınlarda ABŞ çoxdan gözlənilən 61 milyard dollarlıq hərbi yardım paketini qəbul edib. “Biz başqa paketlər üzərində işləyirik”, – Miller deyib. O bu yaxınlardakı 1 milyard dollarlıq əlavə paketi xatırladıb. Həmin paketə HIMARS üçün raketlər, 155 millimetrlik top mərmiləri, hava hücumundan müdafiə avadanlıqları və zirehli texnika daxil olub.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button